Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən aksizli məhsulların dövriyyəsinə nəzarətin gücləndirilməsi, bu məhsulların istehsalı və satışı sahəsində şəffaflığın artırılması və vergi intizamının gücləndirilməsi istiqamətində nəzarət tədbirləri davam etdirilir.

Dövlət Vergi Xidmətindən "Unikal"a bildirilib ki, xidmətin Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı külli miqdarda saxta aksiz markası ilə markalanmış məhsulların satışının həyata keçirilməsi və satış məqsədilə saxlanması faktları aşkar edilib. Belə ki, Murtuzayev Sahil Arif oğluna məxsus Kəngərli rayon Qarabağlar kəndi ərazisində yerləşən anbarda külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər aşkarlanıb və müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin mallar götürülüb. Hazırda faktla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır.

Vergi Xidməti bütün sahibkarlıq subyektlərini vergi və digər qanunvericiliklə müəyyən edilmiş tələblərə ciddi riayət etməyə çağırır. Qanunvericiliyin tələblərinə əməl olunması sahibkarların əlavə maliyyə sanksiyaları və digər hüquqi məsuliyyət tədbirləri ilə üzləşməsinin qarşısını almaqla yanaşı, bazarda sağlam, bərabər və ədalətli rəqabət mühitinin qorunmasına, “kölgə iqtisadiyyatı”nın həcminin azaldılmasına xidmət edir. Aksizli məhsulların istehsalı və dövriyyəsinə nəzarətin gücləndirilməsi istiqamətində görülən tədbirlər bundan sonra da davam etdiriləcək.




Son xəbərlər

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR

Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Rusiya Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var

Azərbaycan neftinin qiyməti 94 dollardan aşağı düşüb

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması müzakirə olunub

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə bu gün start verilir

Bakıda yalnız üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Türkiyədə erməni məktəblərinə qadağa

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

Qurban Qurbanov: “Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir

Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

Murad Məmmədov "Pafos"da ilk qolunu vurdu

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31