BÜTÜN ADAMLARA İNSAN DEMƏYİN ...Bu günümüz üçün də aktualdır - Çingiz DADAŞOV
Əziz dostlar axşamınız xeyirli olsun!Arxivimi səliqəyəyə salarkən 1984-cü ildə şeirə çevrilən duyğularımın bir parçası əlimə keçdi.O vaxtlar gənc müəllim idim.Dörd il pedaqoji stajım var idi.Müxtəlif xarakterli insanlarla təmasda olmaq,pedaqoji fəaliyyətim,eləcə də məktəb direktoru kimi çalışmağım bu şeirin yaranmasına səbəb oldu.Onda Şamaxıda mətbu orqan kimi böyük nüfuza malik "Yeni Şirvan" qəzeti çap olunurdu. (Həmin qəzetdə məqaləm çap olunmaqla kəndimizdə mağaza binası tikilib istifadəyə verildi.Digər bir məqaləmlə indi Çuxuryurd dayanacağı adlanan yerdə o vaxtlar üçün böyük hadisə olan avtobus dayanacağı az vaxtda tikilib istifadəyə verildi)Qərara gəldim ki, bu şeirimi də qəzetin redaksiyasına göndərim.Yəqin çap edərlər.Göndərdim. (Əlbəttə poçtla) xeyli vaxt keçdi cavab gəlmədi.Özüm redaksiyaya getdim.Qəzetin baş redaktoru Ə.Şükürov idi.Məni qəbul etdi.Şerimi bəyəndiyini dedi.Ancaq çap edə bilməyəcəyini söylədi.Soruşdum niyə? Dedi sən hələ cavansan.Deyəcəklər ki,ürəyindən ağsaqqallıq keçir!...Nə isə mən də bir söz deməyib getdim.
İndi fikirləşirəm ki, xeyli yaşa dolmuşam.Yəqin ki, daha irad tutan olmaz! Bu günümüz üçün də aktualdır. Ona görə də həmin şeiri ixtiyarınıza verirəm!


BÜTÜN ADAMLARA İNSAN DEMƏYİN

Hamıya aiddir adamlıq sözü,
Gəlin izah edək birgə bu sözü.
Hər kəsə adamdır desək,düz olar,
İnsandır söyləsək,xeyli səhv olar.
***
Ərəbcə "Adəm"dən yaranıb bu söz,
"Müqəvva", "fiqura" deməkdir bu söz.
Adamlar həyatda cürbəcür olur,
Rəngi qara olur,ağ,sarı olur.
***
"İnsan"sa "Üns" olub ərəb dilində,
"İnsan"a çevrilib bəşər dilində.
Ünsiyyət hər kəsin öz dilindədir,
Onun işlərində, əməlindədir.
***
Adamlar yaşayır,insanabənzər,
Adamlar yaşayır,aləmi bəzər.
Adam var ki,insanlığın naxşıdı,
Adam var ki,dindirməsən yaxşıdı.
***
Üz tutub deyirəm mən insanlara,
Həyatda vicdanla yaşayanlara.
"Adamlıq" adamın zahirindədir,
"İnsanlıq" hər kəsin daxilindədir.
***
Adamla insanı qarışdırmayın,
Bu iki məfhumu eyni sanmayın.
Hər şeir yazana şair deməyin,
Bütün adamlara insan deməyin.


25 .XI.1984. Şamaxı rayonu.Zarat kəndi.

BÜTÜN ADAMLARA İNSAN DEMƏYİN ...Bu günümüz üçün də aktualdır - Çingiz DADAŞOV

BÜTÜN ADAMLARA İNSAN DEMƏYİN ...Bu günümüz üçün də aktualdır - Çingiz DADAŞOV

Son xəbərlər

Nümunəvi ailə başçısı və yüksək mənəvi keyfiyyətlərə malik insan - FOTO

Baş nazirin açıqlaması vətəndaşları şoka saldı

Elm, fantastika, şəxsi həyat...

Yeni qaydalar qüvvəyə minir: Tamamilə qadağan edildi

Vaşinqtonda bir araya gələcəklər

Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Şair Lalə İsmayılın "Bəyaz Durnalar" adlı ilk kitabı işıq üzü görüb

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı - FOTO

“Alnım açıq, başım dik” - Sıladan açıqlama

Ələt–20-ci Sahə istiqamətində 195E nömrəli yeni ekspres marşrut istifadəyə verilir

Nəsrinin serialı ilə bağlı dəyişiklik

Yenidən eyni layihədə rol alacaqlar

"Vətənpərvərlik epopeyası" qələmin gücündə

“Blok3”ə sui-qəsd hazırlayanlar həbs edildi

Mətbuat dedikdə , ilk növbədə həmişə qəzetlər göz önünə gəlir

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031