Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə ictimaiyyətin dəstəyinin təmin edilməsi mühüm amildir
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir oktyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında narkomaniyaya qarşı mübarizə ilə bağlı növbəti maarifləndirmə tədbiri keçirilib. Tədbirdə qonaq qismində “Polisə Dəstək” İctimai Birliyinin sədri, polis polkovniki Şəmsəddin Əliyev, insan hüquqları və azadlıqları üzrə ekspert, hüquqşünas Aydın Kərimov, Şamaxı rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Ruslan Mehdiyev, iştirakçı qismində filialın müəllim və tələbə heyəti iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən filialın direktoru dosent Tünzalə Yusifova qeyd edib ki, bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizədə dövlət səviyyəsində görülən işlər təqdirəlayiqdir. Lakin unutmayaq ki, bu mübarizədə təhsil işçilərinin, gələcəyin müəllimi – bu günün tələbəsi olan gənclərin də böyük rolu vardır. Bu baxımdan filialda bu kimi mövzularda mütəmadi tədbirlər keçirilir.

Şəmsəddin Əliyev son illər narkomaniya ilə mübarizə tədbirlərindən danışaraq son 3 ilin statistik göstəricilərini diqqətə çatdırıb. Qeyd olunub ki, ağ ölümün gəncləşməsi cəmiyyəti həyəcan təbili çalmağa məcbur edir. Qurbanlar arasında qadınların, yeniyetmələrin olması isə ayrıca müzakirə mövzusudur. Aydın məsələdir ki, narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli bir prosesdir. Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bir çox cinayətin törənmə səbəbləri arasında birinci sıralarda narkotik aludəçiləri dayanır.

Ruslan Mehdiyev sosial şəbəkələrin cəmiyyətin bəlası olan narkomaniyanın yeni hədəfi olmasından danışıb. Vurğulanıb ki, gənclərimiz, xüsusən tələbələr bu gün cəmiyyətdə əsas maarifləndirici qüvvə kimi çıxış etməli, insanları zərərli vərdişlərdən uzaqlaşdıran tədbirlərə fəal şəkildə qoşulmalıdırlar.

Aydın Kərimov çıxışında qeyd edib ki, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. O valideyni övladdan ayıran, ailələrin dağılmasına səbəb olan əsl faciədir. Tanınmış hüquqşünas narkomaniyanın insan həyatına vurduğu zərbələrlə bağlı həyat hekayələrindən bəhs edərək gənclərə diqqətli olmağı, mübarizəyə fəal şəkildə qoşulmağı tövsiyə edib.

Sosial və pedaqoji elmlər kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Təranə Əkbəri narkomaniyanın fizioloji-psixoloji fəsadlarından danışaraq, onun gələcək ailələrə, doğulan uşaqların sağlamlığına, genefonda ziyan vuran bəla olduğunu qeyd edib. Çıxışda “ağ ölüm”ün yaratdığı faciələrdən, o cümlədən bir neçə nəsil davam edən yoluxucu QİÇS kimi xəstəliklər törətməsindən də danışılıb.

Tədbir diskussiya şəklində tələbələrin suallarının cavablandırılması ilə davam etdirilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə ictimaiyyətin dəstəyinin təmin edilməsi mühüm amildir

Son xəbərlər

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti - FOTOLAR

Natella Nur müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq dəsti-xətti ilə seçilən qələm sahiblərindən biridir - FOTO

ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik

"Kıskanmak"dan sonra bu seriala çəkiləcək - FOTO

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirildi

Alıcan İsgəndərli : Mənsə arpa yeyirəm - FOTO

Belçika - Misir oyununda ikinci hissə başlayıb - YENİLƏNİR

Bela Zəngibasarlının şeirlər xəzinəsindən - FOTO

Hidayət Orucovun cənazəsi Bakıya gətirildi - Vəsiyyəti yerinə yetirildi

VOLODYA DAYININ QURD YAĞI - FOTO

“Turan Tovuz”un avrokuboklara getməyəcəyi dəqiqləşdi

Misir Belçikanı məğlub edir - Yenilənir

Tanınmış xanəndə dünyasını dəyişdi

Asena "bacı" dediyi qadının keçmiş əri ilə sevgilidir - FOTO

Azərbaycan namizədi BMT-nin bu Komitəsinə üzv seçildi

Ailəsinə görə müvəqqəti səhnədən getdi

Azərbaycanda bu məşhurlar işini itirə bilər - Qadağa gözlənilir

Sabah Məhərrəm ayı başlayır

Qalibə Dünya Kubokunu o təqdim edəcək

Anna Hakobyan Paşinyanın həyat yoldaşı kimi Amerikaya göndəriləcək

Kamran Əliyev Qarsdakı Baş Konsulluqda - Fotolar

ABBA-nın üzvü vəfat etdi

“Kızılcık Şerbeti”nin “Işıl”ı vəfat etdi - FOTOLAR

Vahid Çəmənli : Boylanır - FOTO

GÖZƏLLİK CƏM OLUB ÖZÜNDƏ SƏNİN - FOTO

Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

SEVİNC YUNUSLU : Bu dünyada nədir ki, bizi bizdə tutası.. - FOTO

Bakıda 31, rayonlarda 32 dərəcə isti olacaq

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930