Riyaziyyat bütün elmlərin açarıdır
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 14 mart - Beynəlxalq Riyaziyyat Gününə həsr olunan “Riyaziyyat bütün elmlərin açarıdır” adlı elmi-praktik konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, filialın akt zalında təşkil olunan elmi-praktik konfransı açan ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova riyaziyyat elminin müasir dünyamızda və həyatımızda xüsusi əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, UNESCO Baş Assambleyasının 2019-cu ilin noyabr ayının 26-da Parisdə keçirilən 40-cı sessiyasında hər il martın 14-də Beynəlxalq Riyaziyyat Gününün qeyd edilməsi barədə qərar qəbul olunub.

Tədbirdə filialın riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Çingiz Dadaşov “Dünya riyaziyyat dilində yazılmış əzəmətli bir kitabdır” adlı məruzə ilə çıxış edib. Məruzəçi riyaziyyat elminin dərinliklərindən ətraflı danışıb. Sonra Misir Mərdanovun “Azərbaycan riyaziyyatçıları” kitabını universitetin kitabxanasına hədiyyə edib.

Daha sonra tədbirdə filialın məzunu Güldəstə Nəsiblinin “Maraqlı ədədlər”, tələbələr Jalə Tarverdiyevanın “Riyaziyyat elmi haqqında aforizmlər”, Dilşad Dadaşovanın “Riyaziyyatın digər fənlərlə əlaqəsi”, Mehran Hidayətlinin “Maraqlı riyazi kəşflər”, Lamiyə Həmidovanın “Nanotexnologiyalar və onların Azərbaycanda tətbiq sahələri” mövzularında bir-birindən maraqlı tədqiqat işləri təqdim olunub.
Riyaziyyat bütün elmlərin açarıdır
Riyaziyyat bütün elmlərin açarıdır
Riyaziyyat bütün elmlərin açarıdır
Riyaziyyat bütün elmlərin açarıdır

Son xəbərlər

İran XİN: Region ölkələri ilə düşmənçilik siyasəti aparmırıq

ABŞ viza girovunu 20 min dollara qədər artırıb

Raqif Nazimoğlu : Süni intellekt oğruları - FOTO

Əraqçi Asim Munir və Hakan Fidanla regiondakı vəziyyəti müzakirə edib

“9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva

“Onunla ilk görüşə çamadanla getdim”

Azyaşlı futbolçu faciəvi şəkildə öldü - YENİLƏNİB

Bir inci saflığı varsa da suda...

Novruzəli Aslanov: “Çolpon-Ata görüşü Türk dünyasında inteqrasiyanın dərinləşməsi mövzusunda mühüm siyasi mesajlar verdi”

Nüsrət Quliyev-65

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir

Tofiq Musayev UFC-də ikinci qələbəsini qazanıb

Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul

Azərbaycan güləşçisi dünya çempionatının finalında

“Kabus körpü” yenidən üzə çıxdı

Sabiq nazir vəfat etdi

Lerikdə yenə zəlzələ oldu - YENİLƏNİB

“Nilay” “Kızılcık Şerbeti”ndən gedir

Can Kolukısa vəfat etdi

Azərbaycanda nağdsız ödənişlər artdı

Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

Di Kaprio üçün - Mühafizəçiyə rüşvət təklif etdi

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

Milli kimliyin və dövlət suverenliyinin atributu: Azərbaycan dili və əlifbamız

Tubu İMANOVA : Pərakəndə fikirlərim - FOTO

Vaqif Əsədovun rəis qızı vəzifəsindən azad olundu

Nəriman Əliməmməd oğlu Həsənzadə

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31