Sahibə Qafarova: Nensi Pelosinin açıqlaması obyektivlikdən uzaq, qərəzli və birtərəfli yanaşmanı əks etdirir
Milli Məclisin sədri Sahibə Qafarova ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri çərçivəsində səsləndirdiyi açıqlamaya dair bəyanat yayıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bəyanatda deyilir:

“ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri çərçivəsində verdiyi açıqlama dərin təəssüf hissi doğurur.

2022-ci il sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycanla Ermənistan arasında delimitasiya olunmamış şərti sərhəddəki genişmiqyaslı hərbi təxribat məhz Ermənistan tərəfindən törədilmişdir. Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin qorunub saxlanılması istiqamətində hərəkətə keçərək, müvafiq cavab tədbirləri görmüşdür. Hazırda tərəflər arasında atəşkəs əldə olunmuş və vəziyyətin daha da gərginləşməsinin qarşısı alınmışdır.

Azərbaycan işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığı, regionda sülh və sabitliyin təmin olunması istiqamətində səylər göstərdiyi halda, Ermənistan özünün destruktiv mövqeyi və hərbi təxribatları ilə sülh prosesinə ardıcıl şəkildə zərbə vurur. Bu addımlara görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

ABŞ Nümayəndələr Palatasının spikerinin açıqlaması baş vermiş hadisələrə obyektivlikdən uzaq, qərəzli və birtərəfli yanaşmanı əks etdirir. Öz siyasi karyerası ərzində ermənipərəst siyasətçi kimi tanınan Nensi Pelosinin bu açıqlamanı erməni təbliğatının təsiri altında verdiyi şübhə doğurmur. Ermənistana səfər edən nümayəndə heyətinin tərkibinə üç nəfər ermənipərəst Konqres üzvünün daxil edilməsi də bunun növbəti bariz təzahürüdür. Digər tərəfdən, ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdən öncə reallaşdırılan bu səfərin ABŞ-dakı erməni lobbisinin dəstəyini qazanmağa xidmət edən addımlardan biri kimi xanım spikerin şəxsi maraqlarına xidmət etdiyi də aydındır.

ABŞ Nümayəndələr Palatasının spikeri anlamalıdır ki, onun bu açıqlaması Ermənistanda revanşizm meyllərini gücləndirməklə, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə və regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması səylərinə ciddi zərbə vurur.

Təəssüf doğuran başqa bir məqam budur ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığı dövr ərzində Nensi Pelosi kimi siyasətçilərin beynəlxalq hüququn norma və prinsiplərini, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən bəyanatlarının heç vaxt şahidi olmadıq. Ermənistan tərəfindən aparılmış etnik təmizləmə siyasətinə, 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə, işğal altındakı ərazilərimizdə vandalizm aktlarının törədilməsinə, şəhər və kəndlərimizin dağıdılmasına baxmayaraq, onlar susmağa üstünlük verdilər və heç bir mövqe bildirmədilər. Belə olduğu təqdirdə, ABŞ Konqresi Nümayəndələr Palatasının spikerinin erməni təbliğatının təsiri altında verdiyi bu açıqlama sadəcə olaraq ikili standartların növbəti bariz nümunəsi kimi qiymətləndirilməlidir.”

Son xəbərlər

Bela Zəngibasarlının şeirlər xəzinəsindən - FOTO

Vahid Çəmənli : Boylanır - FOTO

GÖZƏLLİK CƏM OLUB ÖZÜNDƏ SƏNİN - FOTO

Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

SEVİNC YUNUSLU : Bu dünyada nədir ki, bizi bizdə tutası.. - FOTO

Bakıda 31, rayonlarda 32 dərəcə isti olacaq

KİV: ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livanda hərbi əməliyyatları davam etdirəcək

Prezident: Azərbaycan regionda davamlı sülhün yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Qurtuluş Günüdür

Naxçıvanda qəza oldu - Yaralılar var (FOTOLAR)

Rusiya İrana uçuşları dayandırdı

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

“Əminəm ki, Tramp verəcəyim hər qərarı dəstəkləyəcək”

Niderland - Yaponiya oyununda qolsuz bərabərlik - Yenilənir

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

Karateçimiz Mərakeşdə qızıl medal qazandı

"Halef"dən ayrılan kimi yeni işini seçdi

Helikopter qəzasında ölənlərdən biri məşhur müğənni imiş

Flora Kərimovanın son durumu açıqlandı

Prezidentdən Milli Qurtuluş Günü paylaşımı - FOTO

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım etdi - FOTO

Həyəcan təbili: Uşaqlar arasında energetik içki istifadəsi artır

Ermənistan müxalifəti mitinq keçirir

Məşhur futbolçu və müğənni evləndi - Foto

Konsertindəki çıxışı ilə pərəstişkarlarını təsirləndirdi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930