Milli Məclisin sədri Sahibə Qafarova Riqada Latviya Seyminin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkə parlamentinin (Seym) sədri xanım İnara Murniyetse ilə görüşüb.

Turaztv.az xəbər verir: Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayan İnara Murniyetse parlament nümayəndə heyətimizin səfərindən məmnunluğunu ifadə edib. Bakıya səfərini xatırladan Seymin sədri həmçinin Avstriyanın paytaxtı Vyanada Milli Məclisin spikeri Sahibə Qafarova ilə keçirdiyi görüşü vurğulayıb. O, bu cür səfərlərin həm ölkələrimiz, həm də qanunverici orqanlarımız arasında münasibətlərin inkişafına töhfələr verdiyini qeyd edib.

İnara Murniyetse Latviyanın Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm veridiyini diqqətə çatdıraraq bildirib ki, ölkələrimiz arasında münasibətlər dinamik inkişaf edir. O, ölkəsinin hər zaman Cənubi Qafqazda sabitliyin təmin edilməsində maraqlı olduğunu söyləyib.

Milli Məclisin sədri Sahibə Qafarova səfərə dəvətə və göstərilən qonaqpərvərliyə görə, minnətdarlığını bildirib. Spiker bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Parlamentin spikeri xalqlarımız arasında əlaqələrin zəngin tarixi barədə məlumat verib. O, Azərbaycan və Latviyanın dost və strateji tərəfdaş ölkələr olduğunu diqqətə çatdıraraq, qeyd edib ki, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlər, görüşlər müstəsna rol oynayır. Spiker xüsusilə, ölkə başçılarının qarşılıqlı səfərlərinin bu münasibətlərin inkişafında böyük rol oynadığını vurğulayıb.

Milli Məclisin sədri Azərbaycanla Latviya arasında bir çox sahələri əhatə edən əlaqələrin hüquqi bazaya əsaslandığını bildirib. Sonra Sahibə Qafarova Azərbaycan ilə Latviya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərimizin qarşılıqlı münasibətlərindən danışıb. Spiker bildirib ki, bu gün qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. Qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlar çərçivəsində müsbət qarşılıqlı fəaliyyət əlaqələrin inkişafına təkan verir. O, qanunverici orqanlarımızda dostluq qruplarının fəaliyyətini təqdir edib. Latviya parlamentinin Azərbaycanla Dostluq qrupunun ötən ilin iyun ayında Azərbaycana səfəri zamanı, Ermənistanın raket hücumları nəticəsində dağıdılmış Gəncə şəhərinə, işğaldan azad edilmiş Ağdam və Füzuli şəhərlərinə səfərini xatırladıb. Dostluq qrupunun Xocalı soyqırımı, Ermənistanın sərhəddə, eləcə də Vətən müharibəsi zamanı törətdiyi təxribatlarla bağlı bəyanatlarını, işğal olunmuş torpaqların azad edilməsi münasibətilə dəstək və təbrik məktublarını yüksək qiymətləndirib.

Spiker Sahibə Qafarova həmkarına fevralın 26-da Azərbaycan xalqının Xocalı Soyqırımının 30-cu ildönümünü yad edəcəyini qeyd edərək, Ermənistan tərəfindən törədilən bu soyqırımı haqqında geniş məlumat verib.

Görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə haqqında da danışan Milli Məclisin sədri bildirib ki, Azərbaycan bu qələbə sayəsində öz ərazilərini 30 il davam edən erməni işğalından azad edərək ərazi bütövlüyünü bərpa edib. Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün Ermənistanla Azərbaycan arasında münaqişə artıq mövcud deyil. Regionda yeni reallıq yaranıb. Azərbaycan Ermənistana bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması ilə bağlı bir sıra təkliflər verib. Azərbaycan müharibədən yox, sülh və gələcək haqqında danışmaq istəyir. O, ümid etdiyini bildirib ki, Ermənistan regionda yeni reallığı dərk edəcək və sülh və sabitliyin bərqərar olması istiqamətində bizim yanaşmamızı dəstəkləyəcək.

Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafı ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri Sahibə Qafarova Riqada Latviya Seyminin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Riqada Latviya Seyminin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Riqada Latviya Seyminin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Riqada Latviya Seyminin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Riqada Latviya Seyminin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Riqada Latviya Seyminin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Riqada Latviya Seyminin sədri ilə görüşüb

Son xəbərlər

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31