
Xəbərlər
8.09.2022, 22:32
Haqqın yolu - Şəhla XƏLİLQIZI
Haqqın yolu.
Dünya bizə bir kitabdır,
Varaq-varaq oxuyuruq,
Solğunlaşmış bir yarpaqdır,
Qəm ətrini qoxuyuruq.
Həyat bizə bir zindandır,
Acıları sığır hər gün,
Söz adama bir meydandır,
Açılmazdır bağlı düyün.
Biz yoğrulduq kəlmə-kəlmə,
Dağlar kimi dözə-dözə,
Süzüldü misralar qələmə,
Bəndlərini düzə-düzə.
Vətən eşqi ilham verdi,
Doğru, düzü görmək üçün,
Haqq hər bir zaman yeridi,
Namərdləri əzmək üçün.
Bu dövranın gərdişidir,
Dost düşməni seçmək üçün,
Şəhla insanlıq haqq işidir,
Doğru yolu keçmək üçün.
Şəhla Xəlilqızı
Dünya bizə bir kitabdır,
Varaq-varaq oxuyuruq,
Solğunlaşmış bir yarpaqdır,
Qəm ətrini qoxuyuruq.
Həyat bizə bir zindandır,
Acıları sığır hər gün,
Söz adama bir meydandır,
Açılmazdır bağlı düyün.
Biz yoğrulduq kəlmə-kəlmə,
Dağlar kimi dözə-dözə,
Süzüldü misralar qələmə,
Bəndlərini düzə-düzə.
Vətən eşqi ilham verdi,
Doğru, düzü görmək üçün,
Haqq hər bir zaman yeridi,
Namərdləri əzmək üçün.
Bu dövranın gərdişidir,
Dost düşməni seçmək üçün,
Şəhla insanlıq haqq işidir,
Doğru yolu keçmək üçün.
Şəhla Xəlilqızı
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















