Güləş üzrə Azərbaycan yığma komandaları dünya çempionatına hazırlaşır
Güləş üzrə yığma komandalar sentyabrın 10-dan 18-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına hazırlaşır.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, sərbəst güləş üzrə millimiz avqustun 21-dən təlim-məşq toplanışına başlayıb. Əsasən taktiki-texniki çalışmaların yer aldığı hazırlıq prosesində Çin, Estoniya, Gürcüstan, İsveçrə, İtaliya və Albaniya yığma komandaları da iştirak edir. Qarşıdakı günlərdə isə Fransa millisi bu toplanışa qoşulacaq. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə Olimpiya Güləş Mərkəzində keçirilən məşqlər sentyabrın 11-dək davam edəcək.

Yunan-Roma güləşi üzrə millimiz bu gündən təlim-məşq toplanışına start verilib. Çinin müvafiq komandası ilə birgə baş tutan hazırlıq prosesi sentyabrın 7-də yekunlaşacaq. Bu yığmamız da baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Akif Əliyevin rəhbərliyi ilə dünya çempionatına Olimpiya Güləş Mərkəzində hazırlaşır.

Qadınlardan ibarət millimiz avqustun 26-da paytaxtda son məşqini keçib. Komandamız mundiala daha yaxşı hazırlaşmaq üçün Türkiyəyə yollanacaq. İstanbulun Sarıyer bölgəsində yerli komanda ilə birgə təşkil olunacaq təlim-məşq toplanışında baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Leyla Qurbanova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq) və Elis Manolova (65 kq) iştirak edəcək. Avqustun 29-da start götürəcək təlim-məşq toplanışı sentyabrın 10-dək davam edəcək. Komandamız Belqrada İstanbuldan yollanacaq.

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Ayın 18-də doğulanlar: özünəinam, ambisiya və rifaha aparan yol

ABŞ və İran arasında yekun atəşkəs sazişi ilə bağlı işlər artıq 80 faiz başa çatıb

Dağıstan üçün 5 milyon ianə etdi

38 yaşlı sürücü sükan arxasında öldü

Məlahət Behbudqızı ✍️ : Həyat eşqi - FOTO

“Fənərbağça” xallar itirdi

Xəlil Mirzə : Məni bədbinlikdə suçlandırmayın - FOTO

Natella Nur ✍️ : Xoş gəlmisən bu dünyaya ay Sevinc! - FOTOLAR

“Hələ bununla bağlı qərar verməmişəm” - Tramp

Prezident ailəsi ilə Antalyada tədbirdə - Fotolar+Yenilənib

Maksimum bal toplayanlar - Oğlanlardır-Fotolar

Ukrayna-Suriya-Türkiyə üçtərəfli format inkişaf etdirilir

Livan prezidenti: İsraillə danışıqlar hüquqlardan imtina demək deyil

Xalq artistini həbslə hədələyən Vüqar Əhməd yazılanların ona aid olmadığını iddia etdi

“Neftçi”dən üzr istəyirəm” - Rəşad Sadıqov

Birinci xanımlar Antalya Forumunda - Foto

Sabah muzeylərə giriş pulsuz olacaq

BİR QƏLƏMİM, BİR VARAĞİM,BİR DƏ MƏN... - FOTO

Hörmüz boğazının açılmasından sonra "Brent" markalı neft ucuzlaşıb

Martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilir, Prezident tədbirdə iştirak edir

XİN rəhbəri: Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır

Sabahdan Külək güclənəcək - XƏBƏRDARLIQ

Sumqayıtda toyda ölüm

Faciəvi hadisədən sonra bu serialların ssenariləri dəyişir

Simonyan və Sahibə Qafarova münasibətlərin normallaşmasından məmnunluqlarını bildirib

DƏRDLİ İNSANIN SƏSSİZ DÜNYASI - FOTOLAR

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930