
Xəbərlər
25.07.2022, 23:43
OLUB - Solmaz ŞİRVANLI
OLUB
Dostlar burda yağış yağıb,
Şükür hava sərin olub.
Dağ- dərədən sel də axıb,
Seldən yarğan, dərin olub.
Hər tərəfi yuyub yağış,
Torpaq üstə çəkib naxış,
Allahıma şükür,alqış,
Mer- meyvə də şirin olub.
Leysan yağıb səhərəcən
Kənddən ta ki, şəhərəcən,
Gedə biləm Əhərəcən,
Dost arası yerim olub.
Yağış yuyub yarpaqları,
Daşdırıb çay,irmaqları,
Sevindirən barmaqları,
Misra-misra,şerim olub.
Bax dağlara al ilhamı,
Əlindədir şerin camı,
Sevgidən almayan kamı,
Neçə Fərhad- Şirin olub.
Həsrətim var ürəyimdə,
Dərd daşıdım kürəyimdə,
Məclislərdə,mərəyində,
Şerin-sözün,yerin olub
Yoxdur dözümüm istiyə,
Nə acıya,nə tüstüyə,
Gəl bu şeri düz bəstəyə,
Hər kəs görsün,fərin olub!
Solmaz, sözün yaz sətirə,
Bəlkə yüngüllük gətirə,
Kim ağlaya,kim götürə,
Qaysaq yaram,irin olub!
Qəmli boxçam, sirim olub.
Şükür hava sərin olub.
Dağ- dərədən sel də axıb,
Seldən yarğan, dərin olub.
Hər tərəfi yuyub yağış,
Torpaq üstə çəkib naxış,
Allahıma şükür,alqış,
Mer- meyvə də şirin olub.
Leysan yağıb səhərəcən
Kənddən ta ki, şəhərəcən,
Gedə biləm Əhərəcən,
Dost arası yerim olub.
Yağış yuyub yarpaqları,
Daşdırıb çay,irmaqları,
Sevindirən barmaqları,
Misra-misra,şerim olub.
Bax dağlara al ilhamı,
Əlindədir şerin camı,
Sevgidən almayan kamı,
Neçə Fərhad- Şirin olub.
Həsrətim var ürəyimdə,
Dərd daşıdım kürəyimdə,
Məclislərdə,mərəyində,
Şerin-sözün,yerin olub
Yoxdur dözümüm istiyə,
Nə acıya,nə tüstüyə,
Gəl bu şeri düz bəstəyə,
Hər kəs görsün,fərin olub!
Solmaz, sözün yaz sətirə,
Bəlkə yüngüllük gətirə,
Kim ağlaya,kim götürə,
Qaysaq yaram,irin olub!
Qəmli boxçam, sirim olub.
Solmaz Şirvanlı {AYNAZ CƏVAHİR KƏLAM}
25-07-2022
25-07-2022
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












