"Xəstəxanamıza öz ayağı ilə gələn ruhi xəstələr də var" - Müsahibə
Son illərdə Azərbaycanda belə bir fikir formalaşıb: "Psixoloqa müraciət edənlərin ciddi psixoloji pozuntuları var və onlar bir sözlə, "psix"dirlər". Bəs sizcə insanlar psixoloqa nə zaman, hansı hallarda müraciət etməlidir? Həqiqətən də ağır xəstəliyi aşkar olunan və xəstəxanaya yerləşdirilməli olan insanlar nələrlə üzləşir?
Bu və digər məsələlərlə bağlı Bizimyol.info 1 saylı Respublika Psixiatriya Xəstəxanasında çalışan psixoloq İlahə Dadaşova ilə həmsöhbət olub.

- Bu gün cəmiyyətdə psixoloqa müraciət edən insanların ciddi psixoloji problemlərinin olduğu düşünülür. Bəs sizcə insanlar psixoloqa hansi hallarda müraciət etməlidir?

- Bəli, ölkədə psixologiya və psixiatriya "psix" sözü ilə eyniləşdirilir. Psixologiyayla psixiatriyanın bir-birindən fərqli olduğunu belə qəbul etmirlər. Psixoloqlara və psixiatrlara "dəli həkimi" kimi yanaşanlar da çoxdur. Lakin, ilbəil insanların psixologiyaya baxışı dəyişir və onlar psixoloqa müraciət edən insanların hər birinin xəstə olmadığını anlamağa başlayırlar. İnsan özünü narahat hiss etdiyi hər bir anda, çıxış yolunu tapa bilmədikdə psixoloqa müraciət edə bilər. Lakin, bizim millət hər şeyi son anda edir. İnsanların arasında yalnız həkim müdaxiləsindən sonra psixoloq yanına gedənlər də var. Məsələn, depressiya. Depressiyanin yüngül, orta və ağır etapları var. İnsanlar psixoloqa depressiyanın son həddində, ən ağır mərhələsində müraciət edir.

Ailə münaqişələrinə nəzər salaq, aralarında ciddi problemlər olan cütlüklər ailə psixoloquna boşanmağa bir gün və ya bir ay qalmış müraciət edirlər.

-Xəstəxananıza, xəstəliyinin fərqinə varıb yaxınlarına zərər vurmamaq üçün, öz istəyi ilə gələn ruhi xəstələr varmı?

- Təbii ki, var. Faiz nisbəti yarı yarıyadır. Pasientlərimizin yarısı məcburi gəlir, yarısı isə özü müraciət edir. Psixoloji xəstəliyi olan insanlar iki hissəyə bölünür: "özünütənqid" edənlər və etməyənlər. Bu, xəstəliyin dərəcəsindən aslıdır. "Özünütənqid" edən ruhi xəstələr ailələrinə "Məni aparın, müalicəmi alım" deyir. Xəstəxanamıza öz ayağı ilə gələnlər də var.

- Hər zaman ruhi xəstəxanalarla bağlı böyük müzakirələrə səbəb olan bir sual var: Sadəcə keçici depressiya yaşayan sağlam insan ruhi xəstəxana şəraitində, oradakı xəstələrlə bir müddət qalsa, bu, onun psixoloji sağlamlığına zərər vura bilərmi?

- Bu, həmin insanın o mühitə verəcəyi reaksiyadan asılıdır. Düşdüyü mühitə gec öyrəşirsə və orada gördüyü emosional vəziyyətlər onda mənfi aura yaradırsa, bu hal ona müəyyən qədər təsir edəcək. Situasiya insandan insana dəyişir, lakin hər kəsdə mütləq bir dəyişiklik olur.

- Ruhi xəstələrlə söhbət etmək mümkündürmü? Onlar bir-biriləri ilə və ya insanlarla asanlıqla ünsiyyət qura bilirlər?

- Söhbət etmək olur, onlarla söhbətləşirik. Onlar həm də bir-biriləri ilə danışıb, dərdlərini bölüşürlər, dostlaşırlar. Müalicə etapında xəstələrin əksəriyyəti müalicəyə cavab verir, yəni istər həkimlə, istər işçilərlə, istərsə də öz aralarında ünsiyyət qurmağa başlayırlar, öz istəklərini və tələbatlarını bildirirlər.

- Faktlara əsasən, dahi insanların əksəriyyətində də bir qədər psixoloji pozuntular müşahidə olunub. Bəs sizin xəstəxanada qeyri-adi bacarıqlarıyla seçilən və adi insanlardan daha yüksək düşüncəyə malik olanlar varmı?

- Bəli. Bu cür pasientlərimiz çoxdur. Xəstəxanamızda gözəl əl qabiliyyəti, rəssamlıq, dərzilik bacarıqları olan pasientlər var. Müəyyən günlərdə burada keçirilən sərgilərdə həmin əl işləri nümayış olunur, satışa çıxarılır.

- Vəziyyəti pisləşən xəstələri sakitləşdirmək üçün nə kimi tədbirlər görülür? Dərmandan və iynədən başqa hansı üsullardan istifadə edilir?

- İlkin mərhələdə dərman müalicəsinə əl atılır. Bu üsul kömək etmədiyi təqdirdə qərarı həkimlərimiz verir.

- Psixoloqa müraciət etmək istəyən, lakin çəkinən insanlara məsləhətiniz nədir?

- Gecikməsinlər, hər şeyi vaxtında etsinlər. Hər şey vaxtında asandır və gözəldir. Son həddinə çatdırmasınlar. Özündə narahatlıq hiss edən insan içində "psixoloqa müraciət edən dəlidir" stereotipini qırsa, bəlkə də cəmiyyət psixoloqa və onun xidmətindən yararlanan insanlara fərqli yanaşmağa başlayacaq.

Son xəbərlər

Naxçıvanda qəza oldu - Yaralılar var (FOTOLAR)

Rusiya İrana uçuşları dayandırdı

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

“Əminəm ki, Tramp verəcəyim hər qərarı dəstəkləyəcək”

Niderland - Yaponiya oyununda qolsuz bərabərlik - Yenilənir

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

Karateçimiz Mərakeşdə qızıl medal qazandı

"Halef"dən ayrılan kimi yeni işini seçdi

Helikopter qəzasında ölənlərdən biri məşhur müğənni imiş

Flora Kərimovanın son durumu açıqlandı

Prezidentdən Milli Qurtuluş Günü paylaşımı - FOTO

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım etdi - FOTO

Həyəcan təbili: Uşaqlar arasında energetik içki istifadəsi artır

Ermənistan müxalifəti mitinq keçirir

Məşhur futbolçu və müğənni evləndi - Foto

Konsertindəki çıxışı ilə pərəstişkarlarını təsirləndirdi

Bu gün Bakı şəhəridə Sazlı-Sözlü Borçalı ədəbi məclisinin tədbiri keçirildi - FOTO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

Magistraturaya qəbul imtahanı keçirildi - YENİLƏNİB

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İshaq Dar və Hakan Fidan müzakirə apardılar

Rusiyanın Oryol şəhərinə dron hücumu - Ölən var

Abşeron rayonuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib - FOTOLAR

Azərbaycanın rayonlarında yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

BELA ZƏNGİBASARLI : ,,ZƏNGİBASAR YALLISI" - FOTO

Deputat: Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsidir

Mirzəxan Xəlilov-80

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930