28 nəfərə "günvurma" diaqnozu qoyulub - Günvurmadan necə qorunmalı? - AÇIQLAMA
Yay fəsli ölkəmizə daxil olandan havaların temperaturu da yüksəlib. Stabil olmayan hava şəraiti və bunun da fonunda anormal istilər bir çox problemlərə yol açır.

Səhiyyə Nazirliyindən anews.az-a verilən məlumata görə, yay başlayandan avqust ayınadək 28 nəfər gün vurma ilə bağlı təcili tibbi yardıma müraciət edib.

Onlardan 18 nəfəri hospitalizasiya edilib, qalanlarına elə yerindəcə yardım göstərilib. Günvurma diaqnozu qoyulanların 3-ü uşaqdır.

Günvurma halları ötən ilə nisbətən azdır, bu da havaların ötən ilə nisbətən sərin keçməsi ilə əlaqədardır.

Təcili Tibbi Yardım İdarəsinin baş həkiminin müaclicə işləri üzrə müavini İradə Əliyeva deyir ki, günvurmadan qorunmaq üçün, insanlar bəzi təfbirlər görməlidirlər.

Onun sözlərinə görə, saat 11 və 5 arasında insanların günəş şüalarının çox olduğu yerlərə çıxmaqları məsləhət deyil.

"Saat 11 və 5 arasında insanların günəş şüalarının çox olduğu yerlərə çıxmaqları məsləhət deyil. Lakin, çox vacib iş olduğu təqdirdə çıxa bilərlər, bu halda da baş örtüklərindən, çətirlərdən istifadə etmələri vacibdir. Çoxlu su qəbul etsinlər və daha çox miniral sulara üstünlük versinlər. Günvurma halları daha çox yaşlı insanlarda və azyaşlı uşaqlarda olduğu üçün, onlar tövsiyyələrə daha həssas yanaşmalıdırlar”, - deyə baş həkimin müavini bildirib.

İradə Əliyeva deyir ki, sintetik, bədənə yapışan geyimlər də müxtəlif fəsadlara yol aça bilər.

Onun sözlərinə görə, təmiz kətan və pambıqdan olan geyimlərə üstünlük vermək lazımdır.

O əlavə edib ki, bütün bunlarla yanaşı, az qidalanmaq, xüsusən də, yağlı yeməklər yeməmək məsləhətdir. Ağartı məhsullarına üstünlük vermək lazımdır. Eyni zamanda, günəş vannası qəbul etmək istəyən şəxslər də ehtiyyatlı olmalıdırlar. İlk dəfədən uzun müddət günəş vannası qəbul etmək günvurmaya və digər fəsadlara yol aça bilər. Ilk dəfə 15 dəqiqə, sonrakı günlərdə də hər gün 5 dəqiqə əlavə etməklə davam etmək lazımdır.

İradə Əliyeva bildirib ki, əgər yaxınınızda günvurma halı ilə rastlaşsanız, dərhal həmin şəxsi kölgəliyə aparmaq, başı yuxarı olmaqla uzatmaq, onu dar paltarlardan azad etmək, sərin su vermək, alın, qoltuqaltı və digər iri damarlar keçən nahiyələri soyuq su ilə silmək və ya kompres qoymaq lazımdır. Əgər qıcolma, huşun pozulması kimi ağır hallarda isə tibbi müdaxilə tələb olunur. düşsün.

İradə Əliyeva son olaraq bildirib ki, hətta qapalı məkanlarda da günvurma halı yaşana bilər.

Onun sözlərinə görə, şərt deyil ki, günəş şüaları otağa düşsün. Bunun üçün də, qapalı məkanlarda mütləq havanı tənzimləyən qurğular olmalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyindən bildiriblər ki, yay mövsümü ilə əlaqədar işəgötürənlərin diqqətinə çatdırıb ki, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.

İşçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsi, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılması qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən biridir.

Son xəbərlər

Prezident İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir

“Telegram” Fransada fəaliyyətini dayandıra bilər

Rusiya-Ukrayna danışıqlarının Azərbaycanda keçirilməsini təklif etdi

Prezident İlham Əliyev: Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var YENİLƏNİB

Jirinovskinin sağlığında heç yerdə yayımlanmayan - Fotoları

Daşkəsənlə Gədəbəyə qar yağır

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir

Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib

Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?

İki gün toy edəcəklər

90-cı illərin pop ulduzu indi dam ustası işləyir - Fotolar

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Tədqiqat: Koronavirus infeksiyası insan hüceyrələrinə yeni üsulla daxil ola bilir

Diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda yenilik edilib

“Ölkəmiz 159 milyard dollar daha varlı olardı”

Bakıda iki məşhur park birləşdirilir - FOTO

Güler Modriç və Krossu geridə qoydu

Aleyna Tillki ömürlük həbs oluna bilər

ONUN BÖYÜK ÜRƏYİ yaxud SÖZƏ BAĞLI İNSAN - FOTOLAR

Tehrandan Ağ Evə təkzib - “Hələlik görüş qərarı yoxdur”

Ağakərim Nafizin yaradıcılıq gecəsi keçirildi - Fotolar

Məşhur aktyor “Eşref Rüya”da - FOTO

Vətən qızı Brilyant Atəş : Dəyərli qardaşım Barat Vüsalın 75 illiyinə- FOTO

Cəvahir Qaraqızı : Polkovnik Ramiz Musayevin doğum gününü böyük qürur hissi ilə qeyd edirik - FOTO

Dondurmanın bu faydalarını bilmirdiniz

Süni intellektin absurd videoları: Niyə onlara baxmaqdan özümüzü saxlaya bilmirik?

Murad Arifdən haqqında yayılan xəbərlərlə bağlı AÇIQLAMA

“Bizə qarşı açıq müharibə elan edilib”

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930