Alimentin minimum həddi necə müəyyən edilir?
Bir neçə gün əvvəl şair-publisist Murad Köhnəqalanın birinci evliyindən olan övladları üçün məhkəmə tərəfindən müəyyən edilən, amma ödənilməyən 12 min manata görə həbs edilməsi ölkədə aliment problemini yenidən gündəmə gətirib. Hər zaman aktual olan aliment ödəməməklə bağlı qanunvericilik tələbləri nədir?

Turaztv.az Modern.az-ın bu qəbildən olan suallarını Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin nümayəndəsi Seymur Məmmədov cavablandırıb.

– Seymur müəllim, aliment ödəməməklə bağlı qanunvericilik müddəlarında hansı cəzalar nəzərdə tutulub?

– Qanunvericilikdə aliment ödəməməklə bağlı normalar müəyyən edilib. Bu normalara görə, aliment ödəməyən valideynlər üçün bir neçə cəza tədbiri nəzərdə tutulub. Belə ki, valideyn alimentin ödənilməsindən yayınmaya görə inzibati məsuliyyətə cəlb edilə və həbs oluna bilər. Cinayət Məcəlləsində aliment ödəməyən valideyn barədə məhkəmə hökmünü və qərarını icra etməməklə bağlı məsuliyyət nəzərdə tutulub. Eyni zamanda, həmin valideynin ata, yaxud ana olmasından asılı olmayaraq, alimenti ödəmirsə, məhkəmədə Ailə Məcəlləsinin 64-cü maddəsilə onun valideynlik hüququndan məhrum edilməsilə bağlı cavabdeh, yaxud iddiaçı tərəfindən iddia qaldırıla bilər. 64-cü maddənin tələbindən biri də odur ki, valideynlər alimenti qəsdən ödəmədikdə valideynlik hüququndan məhrum edilə bilərlər. Bu isə məhkəmə qaydasında həyata keçirilir.

– Valideynin maddi vəziyyəti minimum aliment məbləğini ödəməyə imkan vermədiyi halda, hansı qərar qəbul oluna bilər?

– Bütün bunların hamısı məhkəmə predmetidir. Ümumiyyətlə, alimetlə bağlı məhkəməyə müraciət olunanda, məhkəmə aliment ödəyəcək şəxsin bütün imkanlarını, gəlirlərini araşdırır və nəzərə alır. Hazırda minimum aliment 160 manat miqdarında müəyyən olunub. Məbləğin yuxarı, aşağı həddi məhkəmə qaydasında müəyyən olunur.

– Təcrübədə elə bir hal olubmu ki, maddi vəziyyəti nəzərə alınaraq, valideynə aliment kəsilməsin?

– Xeyr. Belə hal mümkün deyil. Aliment uşağın saxlanması üçün olan tələbdir. Əsas məqsəd uşaq üçün lazım olan dolanışıq xərclərinin təmin edilməsidir. Aliment bilvasitə uşağın xərcləri kimi ödənilir. Ona görə də aliment mütləq şəkildə kəsilməli və ödənməlidir.

– Bəs, qarşı tərəfin illərlə aliment ödəməyən valideynlə bağlı, hətta övladı 18 yaşını tamamlasa belə, məhkəməyə müraciət edib əvvəlki illərdə ödənilməmiş alimenti tələb etmək haqqı varmı?

– Bəli, var. Amma bu, mübahisə predmetidir. Çünki illərlə yığılıb qalmış alimentin birdəfəyə ödənilməsi çox çətin haldır. Cavabdeh tərəf bunu özü müəyyən etməlidir. Tutaq ki, 18 yaşadək aliment ödənilməyib və övladı 18 yaşını tamamlayandan sonra məhkəməyə müraciət edib əvvəlki illərdəki ödənilməmiş alimeti tələb etmək absurdur. Hər bir ailə quran cütlük dərk etməlidir ki, əgər boşanma varsa, aliment də var. Bunun məsuliyyətini hər bir vətəndaş dərk etməlidir. Heç kəs bundan azad ola bilməz. Çünki bu tələb uşağın yaşantısı üçün tələb olunan vəsaitdir.

– Komitəyə alimetlə bağlı mübahisəli məsələlərlə müraciətlər çox olur?

– Bilirsiniz, bu gün məhkəmə proseslərində ən çox baxılan işlərdən biri də alimentlə bağlı mübahisəli məsələlərdir. Eyni zamanda, Komitəyə də alimentin ödənilməməsilə bağlı çoxsaylı müraciətlər olur. Biz də həmin vətəndaşlara dəstək üçün müvafiq orqanlara müraciət edirik.

– Əksəriyyət aliment deyəndə, ödənişin kişilər tərəfindən ediləcəyini düşünür. Amma qanunvericiliyiə görə, uşaq kimdə qalırsa, alimenti qarşı tərəf ödəməlidir, ata, yaxud analığından asılı olmayaraq. Bu baxımdan aliment ödəməyə vadar edilən anaların sayı neçə nəfərdir təxminən?

– Bəli, aliment təkcə kişilərə xas, onların ödəyəcəyi ödəniş forması deyil. Məhkəmə qərarına əsasən, uşaq hansı valideynində qalırsa, qarşı tərəf ona aliment ödəyir. Əksəriyyət kişilər təşkil etsə də, aliment ödəyən qad

Son xəbərlər

Cekodan təsirli məktub - “Anamla dolabın arxasında gizləndik”

İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib

Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?

VAQİF VÜQAR : Dünya son görüş yeridir... - FOTO

Spiker: Müasir Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur

Bəqai: İranla ABŞ arasında yekun razılaşma ilə bağlı hələ nəticə əldə olunmayıb

DYP "Son zəng" günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib

Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycanda aqrar sektorla bağlı regional müşavirələrə start verilir

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Meksika mundiala qələbə ilə başladı

İrəvanda ildırım körpünü uçurdu

Makrona gələ bilməyəcəyini dedi

Türkiyədə sərnişin təyyarəsi radar dirəyinə çırpıldı - FOTOLAR

Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar

ƏZİZƏ AGAHÜSEYNQIZI : ATA YURDUM BEYLƏQANIM - FOTO

HÜQUQUN,ƏDALƏTİN və AZAD DÜŞÜNCƏNİN BÖHRAN YAŞADIĞI CƏMİYYƏTİN POETİK OBRAZI...

SEVİNC YUNUSLU : Sənə sinəmin altda qürub saxlamışdım axı.. - FOTO

Ürəyinizin tezliklə dayanacağını necə bilmək olar - dərhal nə etməklazımdır?

Aralıq dənizində zəlzələ baş verdi

FHN əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

"Ömer"in aktrisası yeni serialda - FOTO

"A.B.İ"nin aktyoru əməliyyat olundu - FOTO

DÇ-2026-nın açılış mərasimi baş tutdu

Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri+Video

Sabah Biləsuvarın 10 kəndində qaz kəsiləcək

Tramp: Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam

Bakıda və rayonlarda külək güclənəcək

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930