“Ən azı 20 il həbs cəzası gözləyir, ömürlük həbs də istisna deyil” - Vəkil

Xəbər verildiyi kimi, iyunun 12-də “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl oğlu İranla sərhəddə saxlanıb. O, həyat yoldaşı ilə qonşu ölkəyə gedirmiş.

Dövlət Təhlükəsizlik Xidmətində aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü P.Aslanov dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində həbs edilib.

Rəsmi məlumatda deyilir ki, o, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb.

Eyni zamanda onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönələn yazılar yayımlamağa razılaşıb.

P.Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Xəbərlərə görə, o, dini çevrələrdə tanınıb. İrana nə məqsədlə getmək istədiyi isə bilinmir.

Lakin bu həbsdən bir sual doğur: jurnalist xarici xüsusi xidmət orqanı tərəfindən əməkdaşlığa cəlb edilibsə, vətəninə dönərək müvafiq orqanlara bunu etiraf edə, məsuliyyəti azalda bilər.

Hüquqşünas Əsabəli Mustafayev bildirdi ki, əgər jurnalist əməkdaşlığa cəlb edildikdən dərhal sonra təhlükəsizlik orqanına müraciət etmiş olsa, dövlətin mənafeyinə zərbə vurmadığı aydınlaşsa, məsuliyyətdən azad edilə bilər: “Digər bir hal ondan ibarətdir ki, əgər bir müddət xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib, sonra gəlib boynuna alırsa, o zaman dövlətin maraqlarına müəyyən qədər zərər vurduğu müəyyən edilsə, onun məsuliyyətinin dərəcəsi nəzərə alınacaq.

Üçüncüsü, təhlükəsizlik orqanları özü həmin şəxsi ifşa edir, istintaqa cəlb edir və o, əməlini boynuna almağa başlayır. Burada da etirafı rol oynaya bilər. Sadəcə, dediklərinin səmimiliyinə, vurduğu zərərin həcminə baxır. O baxımdan qanunda etirafın məsuliyyətdən azad edilməsi var. Lakin zərərin miqyasına baxılmalıdır".

Hüquqşünas qeyd etdi ki, P.Aslanovun istintaqının yekunu bir çox məsələləri üzə çıxaracaq: “Bilmədiyimiz məsələlər var. Amma jurnalist dövlətin hansı sirrini öyrənə, ötürə bilər? Görünür, bunu açıqlayacaqlar. Çünki hər jurnalist dövlət sirrinə malik olmur. Məlumatda deyilir ki, jurnalist gedib xarici xüsusi xidmət orqanları ilə görüşüb, qəbzlər var. O qəbzlər də istintaqın sonunda təqdim oluna bilər”.

Jurnalisti ən aşağısı 20 il həbs gözlədiyini deyən müsahibimizin sözlərinə görə, dövlətə xəyanət ittihamı ilə ömürlük azadlıqdan məhrum edilməsi də istisna deyil.

P.Aslanovun həyat yoldaşı Gülmira Aslanova özünün facebook hesabından açıqlama yayıb. Onun sözlərinə görə, iyunun 12-si təxminən saat 10:30 radələrində Polad, o və övladları Fatiməylə birlikdə Biləsuvar Gömrük Keçid Məntəqəsində saxlanılıblar: “Bizə sistemdə problem olduğunu bildirdilər. Bir neçə dəqiqədən sonra bizi təkrar yoxlama otağına saldılar. Telefonlarımızı aldılar. Təxminən bir saatdan sonra DTX-nin Biləsuvar rayon şöbəsindən 3 nəfər əməkdaş gəldi. Onlar da Poladı tək sorğuya çəkdilər. Ardından isə bizi DTX-nin Biləsuvar rayon şöbəsinə gətirdilər. Orada bildirdilər ki, bizi Bakıya aparıb, təhvil verməlidirlər”.

G.Aslanova yazıb ki, təxminən 2 saat sonra uşaqla onu özlərinin yaşadıqları mənzilə gətiriblər: “Evdə məhkəmə qərarı ilə axtarış apardılar. Polada məxsus kompüter, data-kart, nömrə, sənədlər, fotoaparat, videokamera və bir çox avadanlıqları müsadirə etdilər. Polad bəyin anasıgilin evində də axtarış apardılar. Həmin evdən Polada məxsus olmayan bir kitab və bir evdə lazım olmayan, yararsız telefon kartı, anası Gülər Aslanovaya məxsus telefonu aldılar.

Oradan da bizi DTX-yə apardılar. Təxminən məni 4-5 saat sorğuya çəkdilər. Gecə saat 1-in yarısında buraxdılar".

Həyat yoldaşının dediyinə görə, 2017-ci ilə qədər Poladın xarici pasportu olmayıb: “Cəmi iki dəfə İrana, bir dəfə Gürcüstana gedib. Başqa heç bir ölkədə olmayıb”.
“Yeni Müsavat”

Son xəbərlər

Nesrinin serialı 1 günə 5 milyon izləndi

GƏLƏCƏK İNSANI GÖZLƏMƏDƏN GƏLİR

Məhərrəmlik ayı bu tarixdə başlayır

Sənubər Səhər : Xeyr və şər təlatümü

Xəlil Mirzə : Xəyal dünyam - FOTO

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

“Tvin Piks”in ulduzu vəfat etdi

Bakını bir də belə görün - Fotolar

Gözəl qardaşlara mərd bacı oldum - FOTO

Ərdoğan Paşinyanla danışdı

"Kızılcık şerbeti"ndə ayrılıq - FOTO

72 kq arıqlayan aktrisa tanınmaz halda - FOTOLAR

Putin onların suallarını cavablayacaq

100 yaşa qədər yaşamağın sirri bu İMİŞ

SEPAH: Sutka ərzində Hörmüzdən 24 gəmi keçib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının tarixi və gündəliyi açıqlanıb

Avropanın sərtləşdirdiyi miqrant siyasəti – Aİ təhlükəsizliyi ilə dəyərləri gündəlikdə - ŞƏRH

Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

NK-dan yeni qərar: Mustafayev sədr seçildi

Azərbaycanda yeni iş modeli müzakirə olunur: Gündə cəmi 6 saat...

Tarkan pulsuz konsert verəcək

Prezident seçkilərində namizəd olmayacağını açıqladı

Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq

Türkiyədə gənc reper vəfat etdi - Fotolar

III Kəlağayı Festivalı Sumqayıtda keçirildi

SOCAR ABŞ şirkəti ilə "yaşıl enerji" keçidində əməkdaşlıq edə bilər

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930