Bu şəxslər oruc tuta bilməz - Professor
Şəkərli diabet xəstələri, yüksək təzyiq, müxtəlif metabolik sindromu olan insanlar oruc tuta bilməz.

Turaztv.az Sfera.az-a istinadən xəbər verir ki, bu sözləri professor, tibb elmləri namizədi, tibb üzrə ekspert Adil Qeybulla Bakupost.az-a açıqlamasında deyib.

Həkim Ramazan ayı ilə bağlı vacib tövsiyələr verib:

"Orucluq insanın öz nəfsinə nəzarət prosesidir. Bu prosesdə söhbət təkcə qidalanma rejimindən yox, öz nəfsinə, instinktlərinə nəzarətdən gedir.

İnsan orucluq vaxtı pəhriz rejiminə keçir və bir müddət əvvəlki qida rejimindən imtina edir. İmsak və iftar vaxtlarında qida tədricən qəbul edilməlidir. İlk olaraq maye ilə başlanmalıdır.

Adətən, yarım stəkan isti su və xurma istifadə olunur. Gün ərzində ac qalmış mədəyə ilıq şəkildə az-az qida qəbul etmək lazımdır.

Mədəni qıcıqlandırmayan, duz və istiotsuz qidaları qəbul etmək gərəkdir. Orucluq dövründə qida qəbulunun intensivliyini aşağı salmaq yaxşı olar. Orqanizmdə yaranan ekstremal vəziyyət, depolaşmış piylərin mobilizasiyasına imkan verir.

Bu da orqanizmin sağlamlıq göstəricilərinə kömək edir.

İftar vaxtında qəbul olunan qidalardan bəzi insanlar sui-istifadə edirlər. Bu da həm ümumi sağlamlığa, həm mədə-bağırsaq sisteminə neqativ təsir göstərir. Oruc ibadəti zamanı riskli qruplardan biri də şəkərli diabeti olan insanlardır.

Şəkərli diabet xəstələri, müxtəlif metabolik sindromu olan insanlar oruc tuta bilməz.

Əgər oruc tutmaq şəxsin səhhətinə ziyan vermirsə və sağlamlıq baxımından ciddi bir problem yoxdursa, o zaman oruc tuta bilər. Oruc tutmaq siqareti, alkoqolizmi buraxmaq, bu kimi zərərli vərdişlərdən uzaqlaşmaq üçün də bir fürsət ola bilər.

Pəhriz rejiminə əməl etməmək, sahuru unutmaq, iftarı gecikdirmək, yaxud iftarda artıq qida qəbul etmək, az su içmək, qan şəkərini təqib etməmək, dərman qəbulunu öz bildiyi kimi tənzimləmək və s. Ramazan ayı boyunca ən çox buraxılan xətalardandır”.

Son xəbərlər

Bu da “Real Madrid”in yeni forması - Fotolar

Tramp: Memorandum imzalanan kimi Hörmüz boğazı açılacaq

Ankara raket və qırıcılarla qorunacaq

Ağ Ev: İran nüvə silahı hazırlamaqdan və almaqdan imtina etməyə razılaşıb

4 il ardıcıl Olimpiada qalibi oldu, universitetə imtahansız qəbul edildi

İran Küveytə hücumu təkzib etdi

Analarının öldürüldüyünü qonşulara uşaqları xəbər veriblər

Bu ölkə digərinin həbsxanasını icarəyə götürəcək

Sammitə görə Fransaya gedəcək

Narkotest nəticələri müsbət çıxdı

Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb

MƏMMƏD QƏDİR : Çağır Romadan papanı, bəsdi də - FOTO

Afiq Göyçəli : Ayrılıq çox çəkdi, Vətənə gəldim - FOTO

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

Gənclər buna görə infarkt olurmuş - XƏBƏRDARLIQ

"Sahipsizler"dən sonra bu seriala çəkiləcək - FOTO

Yelena Sidorenko ikinci dəfə ana oldu

Sibel Can evlənir - Toy Mayamidə olacaq

DÜNYANIN YORĞUN ÜZÜ və İNSANIN MƏNƏVİ TƏNHALIĞI - FOTO

Küveyt onlara 24 saat vaxt verdi

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini yekunlaşdırıb

Roma Papası İlham Əliyevi təbrik edib

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Rusiyadan qorunan Finlandiya – müdafiə xərclərini artıran Avropa - ŞƏRH

Adil Kərimli Şuşada vətəndaş qəbulu keçirəcək

Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib

İyunun 5-də üstünlük hüququ tətbiq edilən məktəblərə I sinif üzrə sərbəst qəbul başlayır

Hicran Əhmədli : Üzülüb Əlim - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930