
Xəbərlər
13.09.2019, 11:00
SON DƏQİQƏ! Azərbaycanda vəkili güllələdilər - FOTO

Tovuz rayonunda tanımış vəkilin güllələnməsinin bəzi detalları məlum olub.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, vəkil Firudin Ələkbərlini rayonda "Göl Əli" kimi tanınan şəxsin vurduğu bildirilir.
İlkin məlumatlara görə, vəkil otağına keçib və təxminən 15 dəqiqə sonra adıçəkilən şəxs içəri girərək vəkili güllələyib və ərazidən uzaqlaşıb.
F.Ələkbərli xəstəxanaya çatdırılıb. Hadisə yerinə Tovuz rayon rayon Polis İdarəsinin və Prokurorluq orqanlarının rəsmiləri cəlb olunub.
Qeyd edilir ki, "Göl Əli" ilə vəkil arasında bir müddətdir narazılıq yaranıb. Hadisənin məhz bu narazılıqdan qayanaqlandığı ehtimal edilir.


Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








