Ziyası qaranlıq könüllərə nur saçan Hacıməmməd müəllim - Daşdəmir ƏJDƏROĞLU
O, nüfuzu təkcə malik olduğu biliklə deyil, onun fəzilətini təmsil etməklə qazanıb
Müəllimlər tarix boyu cəmiyyətin ən fədakar, cəfakeş, qayğıkeş, etibarlı dayağı olmuşlar. Cəmiyyətin sifarişini yerinə yetirmək kimi ağır bir işi öz çiyinlərində daşıyan bu zümrə hər cür hörmət və qayğıya layiqdir. Gözünün nuru, beyninin ziyası, ürəyinin istisi ilə ömrü boyunca nəsil-nəsil vətəndaşlar yetişdirən bu ziyalılar qədirbilən insanlar tərəfindən yüksək qiymətləndirilmişlər. Bu və ya digər peşə sahibləri yetişdikləri mövgeyə görə daha çox öz müəlliminə borclu olduqlarını iftxarla ifadə etmişlər. Makedoniyalı İsgəndər müəllimin insan həyatında rolunu belə qiymətləndirmişdir: "Yaşamağım üçün atama, yaxşı yaşamağım üçün isə müəllimimə borcluyam" (Onun müəllimi əfsanəvi filosof Aristotel olmuşdur). Müəllim haqqında nə qədər qiymətli fikirlər söylənilsə də, müəllim nüfuzunu yüksək tutmaq və onu enməyə qoymamaq ən çox müəllimin özündən asılıdır. Sirr deyil ki, hər kəs müəllim ola bilir, lakin o da həqiqətdir ki, əsl müəllim olmaq hər oğulun, hər qızın hünəri deyil. Bütün sahələrdə nüfuz qazanmaq çox çətin, onu itirmək də bir o qədər asandır. İllərlə qazanılan nüfuzu bir an içərisində itirmək olsa da, onu bərpa etmək mümkünsüzdür. Ona görə deyiblər də: "Pis adın çıxmaqdansa, gözün çıxmağı yaxşıdır".
Müəllim nüfuzunu ilk növbədə müəllim özü qazanmalıdır. Bu, ilk təəssüratdan başlamış ömrün sonunacan yüksələn xətlə davam edən, son dərəcə məsuliyyətli bir prosesdir. Müəllim nüfuzu yalnız özü üçün deyil, arxadan gələn müəllim nəsilləri üçün qazanmalı və qoruyub saxlamalıdır. Bir müəllimin yanlış hərəkəti bütün müəllimlərin ünvanına çevrilə bilir. On görə də müəllim hər sözünü, addımını yüz ölçüb bir biçməyə məhkumdur. Bir hekayətdə deyildiyi kimi:
Səyyar çətir təmirçisi bir yolun kənarında oturub xarab olmuş çətirləri təmir edirdi. Təmirçi çətirləri diqqətlə nəzərdən keçirib işinə davam edərkən kənardan onu diqqətlə seyr edən bir gənc yaxınlaşıb:

- İşinizi çox diqqətlə görürsünüz, - dedi.
Təmirçi əlindəki çətiri təmir edərək:
- Mən həmişə işimi belə edirəm, çünki gördüyüm işin yaxşı və ya pis olduğunu mən gedəndən sonra biləcəklər, - dedi.
- Bəli, haqlısınız. Buralara yenə gələcəksiniz?
- Xeyr.
- O halda niyə bu qədər can yandırısınız ki?
Təmirçi cavan oğlana çox ibrətamiz bir cavab verdi:
- Mən işimi çox diqqətlə, can yandıraraq görürəm ki, məndən sonra buralardan keçən çətir təmirçisinin işi asan olsun. Mən işimi başdansovdu görsəm, əvvəl-axır insanlar başa düşər və məndən sonra gələn təmirçilərə iş verməzlər.

Bu sətirləri elə bir məqamda yazıram ki, sosial şəbəkələrdən müəllimlərin üstünə total hücuma keçənlər, müəllimi yeri gəldi-gəlmədi tənqid edənlər utansınlar. Ona görə ki, müəllim həmişə nüfuz sahibi olub. Sadəcə cəmiyyətdə baş verən bəzi arzuolunmaz hallar dediklərimə şans verir ki, bizi yetişdirən varlıqlara həmin şəxslər fürsətdən istifadə edib, yararlanıb barmaqarası baxsınlar. Bu yolverilməzdir. Çünki bu həyatda hələ ki, Hacıməmməd Məmmədov kimi müəllimlər fəaliyyət göstərir. Şəxsiyyətin formalaşmasında baş memar olan müəllim sərhəd əsgəri kimi öz şəxsiyyətinin saflığının keşiyində durur, öz kamilliyi ilə bu sənətin heyranlarının sayını artırmağa səy göstərir. Bu işi özü haqqında ağızdolusu danışmaqla deyil, işi, əməli, nümunəsi ilə yerinə yetirib. H.Məmmədov nüfuzu təkcə malik olduğu biliklə deyil, onun fəzilətini təmsil etməklə qazanıb. O, şəxsiyyətini şagirdləri arasında deyil, ictimai yerlərdə də qoruyub saxlaya bilib. O, həyata baxışı, ədaləti, səmimiyyəti, başqlarına qarşı diqqəti ilə seçilir, fərqli fikir və mövqelərə hörmətlə yanaşır.
Müəllimin taktı, pedaqoji ustalığı da onu nüfuzunun dayaq nöqtələrindəndir. Dərs Hacıməmməd müəllimin biliyini nümyiş etdirmə məkanı deyil, daha çox, şagirdlərin elmlərin əsaslarına yiyələnmələrini təmin etməyin optimal yollarını tətbiq etməklə qarşıya qoyulan məqsədə nail olmaq üçün kollektiv çalışma prosesidir. O, ilk baxışda ən çətin görünən materialı elə incələyib hazırlayıb ki, öyrənənlər həmişə müsbət nəticəyə seviniblər. Bütün müəllimlər kimi, Hacıməmməd müəllim də yaxşı bilib ki, müəllimin özünə dumanlı görünən informasiya şagird üçün zülmət olur. Onun fikrincə, yaradıcı müəllim xəstəsini dərmandan əvvəl şirin, ruhlandırıcı dili ilə müalicəyə çalışan həkim kimidir. Şəfa tapacağı üçün həkiminə güvənən xəstə kimi, şagird də ən mürəkkəb elmi problemlərin həllini tapmaqda öz müəlliminə güvənməlidir. Müəlliminin professional səriştəsinə heyran olmayan şagirddə kifayət dərəcədə motivasiya yaratmaq da mümkün deyil. Motivasiya özü də müəllim nüfuzunun yaranması və qorunub saxlanmasına xidmət edir.
Hacıməmməd Məmmədov kimi pedaqoqlar bu gün tam fəaliyyət göstərməsələr də, hər halda onların təcrübələrindən faydalanmaq, mənimsəmək lazımdır. Çünki belə müəllimlərin peşə nüfuzunu qorumaqda böyük səriştələri var, onlar şagirdlərinə qarşı daim diqqətli olublar.
Bir dəfə neçə il öncə Hacıməmməd müəllimin doğum günündən yazmışdım. İkinci yazımız da onun doğum gününə təsadüf etdi. Müəllim nüfuzundan yazarkən belə pedaqoqları mütləq yada salmaq lazımdır. Məncə, bu yazımız yerinə düşür.
Müəllim nüfuzunu artıran və onu qoruyub saxlamağa xidmət edən amillərdən bəhs etmək olar. Əslində bu amillər nə qədər çox olsa da, hər halda bu nüfuz müəllimin çalışdığı mühit və şəraitə görə dəyişə bilər. Dəyişməz olan həqiqət isə budur ki, müəllim ziyasını, biliyini, savadını və pedaqoji təcrübəsini məktəbin, gələcəyimizin qurucularının yolunda şam kimi əridir. Bir uşağın iki valideyni var: biri evdəki ata-ana, biri də məktəbdəki MÜƏLLİM! Hər ikisinin qədrini bilməliyik! Çünki müəllim öz nüfuzunu qoruya bilsə, onun ziyası bütün qaranlıq könüllərə nur saçar. Bu da bizdən, hər birimizdən asılıdır.
Əziz dostumuz Hacıməmməd müəllim, sizi bağrımıza basır, doğum gününüzü qəlbən təbrik edirik. Sizə cansağlığı, gümrahlıq, müqəddəs, mübhəm saydığımız müəllim nüfuzunu sonadək qoruyub saxlamağı arzu ediirik!

Daşdəmir ƏJDƏROĞLU
Ziyası qaranlıq könüllərə nur saçan Hacıməmməd müəllim - Daşdəmir ƏJDƏROĞLU
Ziyası qaranlıq könüllərə nur saçan Hacıməmməd müəllim - Daşdəmir ƏJDƏROĞLU

Ziyası qaranlıq könüllərə nur saçan Hacıməmməd müəllim - Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

"Müharibə Rusiyaya qayıtmalıdır". - Zelenski

Dünya çempionatı: Belçika-İran oyununda qapılara qol vurulmayıb

"Söz Divanəsi”nin Müdrik Yaşı: Tapdıq Əlibəyli – 65

DÇ-2026: Belçika millisi İranla heç-heçə edib

ABŞ-də yüngülmotorlu təyyarə qəzaya uğradı - Ölənlər var

Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb

Mayisə Əsədulla Əliyeva : YAY GECƏLƏRİ - FOTO

Netanyahu: İsrail Livanın cənubundakı təhlükəsizlik zonasından çəkilməyəcək

Qətərdə partlayış oldu

İran Tramp üzr istəməyincə danışıqlara qayıtmayacaq

Azərbaycanın çimərlik güləşçiləri Batumidə bir qızıl və bir bürünc medal qazanıb

Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış

Amerika ilə təmaslar tam kəsilməyib - KİV

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını böyük hesabla məğlub edib

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Makronun devrildiyini deyib, polisə atəş açdı

“Anthropic”dən xəbərdarlıq: Tezliklə nəzarəti itirə bilərik

Süni intellektlə emosional söhbətlərin görünməyən riski: Mütəxəssis həyəcan təbili çaldı

İranı yeni müharibə ilə hədələdi

Tanınmış aktyor islamı qəbul etdi

Əzizə Ağahüseynqızı : Bu dünyanın baldan şirin balıdı - FOTOLAR

Ömrün ən gözəl redaktəsi – İnsanlıq - FOTO

Çimərliklərə gedənlərə - Çağırış

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub - FOTOLAR

Media: 2026-cı ilin beynəlxalq tədbirləri Türkiyənin potensialını güclü şəkildə tanıdacaq

İyunun 21-i Beynəlxalq Yoqa Günüdür

Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib

Pikassonun oğurlanmış tablosu tapıldı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930