Hacıməmməd Məmmədov - ÇƏTİN ANLARIN DOSTU, DOĞMA, ƏZİZ İNSAN
ÇƏTİN ANLARIN DOSTU, DOĞMA, ƏZİZ İNSAN

Natiq idi, Natiq adıydı, adı,
Ülviydi, pak idi, nur idi, getdi!
Gözəl insan idi, müqəddəs idi,
Əvəzi yox idi, pir idi, getdi!
Natiq, Natiq kimi, dürr idi, getdi..!

Dünya cadugərdir. O, sehrilə hamını aludə edir. Həyat- içinə bir çömçə bal qatılmış zəhər çəlləyinə oxşayır. İnsanlar bir qətrə şirini dadmaq üçün böyük həcmdə ağunu udur və kəsici təsirinə tab gətirə - gətirə yaşayır və yaşamaq istəyir.
Xalq bayatısında deyildiyi kimi, dünya bir pəncərədir, hər gələn baxar gedər. Dönüb ikinci dəfə baxmaq mümkün olmur. Bədbinliyə qapılmadan etiraf etmək lazımdır ki, dünya fanidir. Onun özündən başqa əbədi bir şey yoxdur. Yadda qalan, yaşayan, unudulmayan bir şey varsa, köçəri quşlara bənzəyən insanların sələflərinə yadigar saxladıqları nəcib əməllər, xeyirxah işlər, xoş sifətlər, yüksək mənəvi keyfiyyətlərdir.
MƏRHUM QOHUM, GÖZƏL ANLARIN DOSTU, QAYĞIKEŞ ATA, QABAQCIL MÜƏLLİM VƏ MƏKTƏB DİREKTORU çalışmış NATİQ SƏFƏR OĞLU SƏMƏDOV mənim yadımda bu keyfiyyətləri ilə qalmışdır.
NATİQ müəllim həmişə sayılıb, seçilən müəllim idi. Hamı onu prinsipial, öz sözünü deyə bilən, qürurlu, əyilməz, iradəli bir ziyalı kimi tanıyırdı. Hesablaşırlar onunla, eşidirdilər onu. HÖRMƏT EDİRDİLƏR ONA.
...Məclislər yaraşığı idi. Zövqlə geyinərdi, sinədəftər idi. Məclislərdə dayanmadan saatlarla şeirlər söyləyərdi. ...
...Natiq müəllimin dünyasını dəyişdiyini eşidən də xeyli özümə gəlmədim. Əvvəl inanmadım. Amma bu, həqiqət idi.
Acı və ağrılı həqiqət...
NATİQ SƏFƏR OĞLU SƏMƏDOV sanki anadan müəllim doğulmuşdu. Gözəl dilçi idi. Hərtərəfli şəxsiyyət, geniş mütaliəsi, zəngin və hərtərəfli dünyagörüşü, yüksək duyum mədəniyyəti olan insan idi. ÇOX OTURUB SÖHBƏTLƏR ETMİŞİK, BİR YERDƏ DUZ- ÇÖRƏK KƏSMİŞİK. Onun qəflətdən köçməsi biz dostları və yaxınlarını çox sarsıtdı.
NATİQİN nurlu çöhrəsi, əziz xatirəsi heç vaxt unudulan deyil. Hamımızın son aqibəti axirətdir. Kaş elə axirətə qovuşanların hamısı NATİQ müəllim kimi yaddaqalan, hörmətlə xatırlanan insanlar olsunlar.
Qoy, məzarı nurla dolsun, hörməti, izzəti övladlarının, qohum - əqrabasının, dost və tanışlarının qəlbində əbədi yaşasın!!!
Allah Sənə rəhmət eləsin, NATİQ!!!

Son xəbərlər

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31