Hacıməmməd Məmmədov - XATİRƏSİ HƏMİŞƏ QƏLBİMİZDƏ YAŞAYACAQ
XATİRƏSİ HƏMİŞƏ QƏLBİMİZDƏ YAŞAYACAQ


Gülə bərabərdir dəyərli anlar,
Az deyil, ayı da il tək sayallar.
Qoy belə söyləsin unutmayanlar-
Ölməyib, diridir Mirdaməd müəllim!

İstedadlı müəllim, gözəl insan, bacarıqlı təşkilatçı, mənim ən çox hörmət etdiyim məktəb illərimin çiyindaşı mərhum MİRDAMƏD MİRSADIQ OĞLU SADIQOV haqqında söz demək nə qədər çətin olsa da, bunu özümə borc bilirəm.
MİRDAMƏD MÜƏLLİMİ mən 1960- cı ildən tanıyıram. Lahıc qəsəbə tam orta məktəbində bir sinifdə təhsil almışıq. Orta təhsili bir bitirmişik. Həyat bizi müxtəlif sahələrə aparıb... Amma həmişə bir- birimizlə əlaqəmiz olub.
MİRDAMƏD MÜƏLLİMİN bütün uğurları zəhmətsevərliyi ilə bağlı idi. N. Nərimanov sözləri ilə desək, " İnsan ruhunu ucaldan bir çox şey varsa, onun birincisi zəhmətdir." MİRDAMƏD müəllimin həyat yolu zəhmətkeş bir alimin, fədakar bir müəllimin və dövlət adamının ömür səlnaməsi idi.
Ürəyi Azərbaycan dövlətinin tərəqqisiylə döyünən Mirdaməd müəllim öz işi ilə həmişə bütün sahələrdə fərqlənib, sayılıb, seçilib. Azərbaycan ziyalısına xas olan bütün cəhətlər MİRDAMƏD MÜƏLLİMİ DƏ olduqca qabarıq hiss olunurdu. MİRDAMƏD müəllim hələ uşaqlıqda hamının diqqətini cəlb edirdi. Sözübütövlük, keçmişinə hörmət onu aparıcı ziyalılar cərgəsinə yüksəltmişdir.
MİRDAMƏD müəllim əsl ziyalılıq nümunəsi idi. Onun baxışlarında həmişə müsahibini dinləmək ifadəsi hakim olardı. Onun davranışı da, hərəkətləri də ölçülü- biçili olardı... Onun həyat yolu bir neçə kitab mövzusudur. Uğurları kitablara sığmayandır. Məqsədim bunlar haqqında yazmaq deyil...
Unudulmaz şagird yoldaşımız, gözəl dostumuz və sevimli qardaşımız MİRDAMƏD MİRSADIQ OĞLU SADIQOV bir ildir ki, dünyasını dəyişib.
Dostumuza və qardaşımıza Allahdan rəhmət diləyirik, ruhu şad, məkanı cənnət olsun!
Hər bir insanın dünyadan köçməsi təbii sonluq olsa da, insan itkisi həmişə əzizləri, yaxınları və dostları üçün ağır olur. Mirdaməd müəllimin də həyatdan köçməsi şagird yoldaşları, dostları və onu sevənlər üçün çox ağır qəm və kədərdir. Onun şərəfli həyat yaşaması əzizlərinin və onu yaxından tanıyanların xatirəsində silinməz izlər buraxıb. Onun xatirəsi həmişə qəlbimizdə yaşayacaq. Onun razılığı simasında yaranan təbəssümdə, gözlərində artan işıqda əks olunardı. Çox- çox sonralar rayonda İcra başçısı çalışdığı vaxtlar həmişə nə qulluğunuz ,- deyə soruşardı. İstər oxuduğumuz vaxtlar, istərsə də rayonda çalışdığı zaman həmişə ondan çəkinərdim. O, isə hər dəfə məni görəndə istəklə dolu narahatlıqla: " Hə, nə edim sənin üçün?"- soruşardı.
Bilirdim ki, məni çox istəyir, mənə hörmətlə yanaşır, buna baxmayaraq heç vaxt yanında sərbəst olmazdım. Salığınız mənə hər şeydir,- deyərdim və çıxıb getmək, onu sərbəst qoymaq istəyirdim. Bütün bunlar onun böyüklüyünün yaratdığı təbii görüntü idi...
Hərdən fikirləşirəm ki, MİRDAMƏD müəllimə görə, haqqım olan çox şeydən çəkinmişəm...başqaları isə...
Mirdaməd müəllim həmişə sayılıb- seçilən alim idi, İCRA başçısı çalışdığı müddətdə də böyük nüfuz qazandı. Rayonun inkişafına, onun daha da gözəlləşməsinə böyük əmək sərf etdi. Hamı onu prinsipial, öz sözünü deyə bilən, qürurlu, əyilməz, iradəli bir ziyalı kimi tanıyırdı.
Mirdaməd müəllimin son dərəcə nəzakətli davranışı, şirin söhbətləri gözlərim önündə, şən qəhqəhəsi qulaqlarımdadır. Gözəl məclis adamı idi...İşıqlı simalı idi...
Amansız ölüm əzizimiz, dostumuz, qardaşımız MİRDAMƏD MİRSADIQ OĞLU SADIQOVU aramızdan apardı. Heç kəs dünyanı tutub qalmır. Nə yaxşı ki, insan dünyadan köçəndə onun əməlləri, xatirəsi yaşayır...
Yazının sonunda ailəsinə, bütün əzizlərinə, MİRDAMƏD sevənlərə dərin hüznlə baş salığı verir və əziz dostuma və qardaşıma UCA ALLAHDAN rəhmət diləyirəm!
Allah rəhmət eləsin!!!
Hacıməmməd Məmmədov - XATİRƏSİ HƏMİŞƏ QƏLBİMİZDƏ YAŞAYACAQ


SİNİF YOLDAŞLARI ADINDAN DƏRİN HÜZN VƏ EHTİRAMLA:

HACIMƏMMƏD MƏMMƏDOV.

Son xəbərlər

“Fox”: Türkiyə F-35 qırıcılarının alınması ilə bağlı tələbləri hələ yerinə yetirməyib

UEFA FIFA turnirlərini boykot etməklə hədələyir

Əməyi yüksək ada layiq - FOTO

Hacıməmməd Məmmədov : Zamanın yaddaşında yaşayan müəllim - FOTO

"Avropa tənəzzüldədir" - Netanyahu

Tanınmış jurnalist saxlanıldı

Tiktoker Müjgan həbs edildi

Ev almaq adı ilə gəldi, oğurluq etdi

FSB-nin qərarına özünəməxsus cavab verdi - Foto

Bu gün bu ərazilərdə işıq olmayacaq

Bakı Qızlar Universitetində təhsil alan tələbələrin taleyi necə olacaq?

Kiyevə səfərləri gözlənilir

VAHİD ÇƏMƏNLİ : Hacı Əkbər müəllimin inamı və arzuları - FOTO

PÜSTƏ RƏVAN : MƏRHUM QARDAŞIM İSLAMIN KEÇDİYİ HƏYAT YOLU - FOTO

CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN FİDANLARI... - FOTO

Alıcan İsgəndərli : Bir şəhid anası köçdü dünyadan - FOTO

Gürcüstanın elektrik sistemində baş vermiş qəzanın ilkin nəticələri açıqlanıb

Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan

Ən təhlükəli yalan budur - Psixiatr alkoqol asılılığının gizli əlamətini AÇIQLADI

Yeni funksiya: Şəxsiyyət vəsiqəsini skan et, biletini al

Prezidentlə xanımı Qırğızıstana getdi - Fotolar

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

Şəhid Zaur İsmayılzadənin anadan olmasının 31-ci ildönümü münasibətilə anım tədbiri keçirilib - FOTOLAR

Sevinc Yunuslu : Qoruyuram adını mömin kimi.. - FOTO

Atanın bir cümləsi uşağın özünə inamını 30 il sarsıda bilər

30 İyul İnsan Alverinə Qarşı Mübarizə Günüdür

Gizir Surxay Niftəliyevin əziz xatirəsinə

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031