Şamaxı rayon təhsil və idman ictimaiyyətinə ağır itki üz vermişdir.
Şamaxı rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin baş məşqçi- müəllimi, SSRİ İdman ustası, tanınmış idmançı və məşqçi Əkbəri Rövşən Məmməd oğlu qəflətən vəfat etmişdir.
1971-ci ildə Şamaxı şəhərində idmançı ailəsində anadan olan Rövşən Əkbəri uşaq yaşlarından idmanın sərbəst güləş növü ilə məşğul olmağa başlamışdır. Dəfələrlə rayon, respublika spartakiadalarının və respublika çempionatlarının qalibi olan Rövşən müəllim 1989 - cu ildə SSRİ idman ustası adı almışdır.
Dövlət Bədən Tərbiyəsi İnsititunun məzunu olan Rövşən müəllim Uşaq Gənclər İdman məktəbində məşqçi- müəllim və direktor vəzifələrində çalışmışdır. 20017 - ci ildən indiyə qədər baş məşqçi kimi fəaliyyət göstərirdi.
Rövşən Əkbərinin rayonumuzun idman həyatında həm idmançı həm də məşqçi-müəllim kimi böyük xidmətləri olmuşdur. Rövşən müəllimin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
Doğmalarına və yaxınlarına Allahdan səbr diləyirik.
Allah rəhmət eləsin
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














