Azərbaycanın Qarabağ Zəfərinin beş illiyinə həsr edilən “Zəfər rəqsi” qısametrajlı bədii filmi bu həftə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Beliye noçi” (“Bəyaz gecələr”) 10-cu Beynəlxalq Film Festivalının yubiley proqramına salınıb. Festivalda 17 ölkənin 90 filmi iştirak edir. Sankt-Peterburqun Nevski meydanında yerləşən “Kinoloft Moskva” zalında baş tutacaq nümayişlərə giriş sərbəstdir. Azərbaycan filminin nümayişi 24 aprel saat 18:00-dədir.

“Beliye noçi” Beynəlxalq Film Festivalına seçilməsi “Zəfər rəqsi” filminin ilin əvvəlindən qazandığı dördüncü uğurudur. Müharibədə ayaqlarını itirən Qarabağ qazisi Cəlalın ailə həyatını təsvir edən film 2026-cı ildə Hindistanın Kəlküttə şəhərində keçirilən “Golden Lion” Beynəlxalq Film festivalında “Ən yaxşı xarici qısametrajlı film” nominasiyasında qalib, Kanadanın Toronto şəhərində keçirilən “Toronto International Short Film Awards” festivalında isə “Ən yaxşı aktyor” nominasiyasında filmin qəhrəmanını canlandıran Azər Aydəmir qalib elan olunub. İsveçdə keçirilən “Lulea International Film Festival”ında Azərbaycan filmi finala vəsiqə qazanıb. “Zəfər rəqsi” filmi bu il həmçinin Almaniyanın paytaxtı Berlində nüfuzlu 76-cı Berlinale Film Festivalı günləri zamanı təşkil edilən “Azərbaycan Kino Günləri”nin açılış mərasimində təqdim edilib.

ASAN TV-nin “Ədibin Evi” ilə birgə ərsəyə gətirdiyi “Zəfər Rəqsi” (The Dance of Triumph) qısametrajlı bədii film Mir Cəlal adına Hekayə Müsabiqəsinin qalib əsəri Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında çəkilib. “Balakhani Operating Company LTD” hasilat şirkətinin dəstəyi ilə çəkilən filmin rejissoru Gəray Həsəndir. Baş rolları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Niyaz İlyasoğlu canlandırıblar. Filmin bəzi səhnələrində hasilat şirkətində çalışan qazilər də çəkiliblər.

Qeyd edək ki, Azərbaycan neft hasilatının beşiyi hesab edilən Balaxanı həm də Azərbaycan milli kinosunun başlanğıc yeridir. Kino tariximiz rejissor Aleksandr Mişonun 1898-ci ilin avqustunda çəkdiyi “Balaxanıda neft fontanı” adlı qısametrajlı sənədli filmlə başlayır.

Son xəbərlər

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31