
İşdən çıxarılan birinci qrup əlil 2 nazirə müraciət etdi

Birinci qrup əlil, Cəlilabad sakini İsmayılov Qamət Əcəbəli oğlu əsassız yerə işdən çıxarıldığını iddia edir.
Bizimyol.info-ya müraciət edən Q.İsmayılov bildirib ki, o, Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin məzunu, Yeni Azərbaycan Partiyasının üzvü olaraq və idmançı olaraq hökumətin tədbirlərində fəal iştirak edib.
“Mən 2002-ci ildən 2011-ci ilə qədər Cəlilabad rayon Təhsil Şöbəsinin idman məktəbində idman müəllimi işləyib. 2011-ci ildə mənə “sənədləriniz saxtadır” deyərək, məni işdən qanunsuz çıxartdılar”,-deyə Q.İsmayılov deyib.
O, deyib ki, onunla birlikdə işdən çıxarılan işçilər məhkəmə qərarı ilə işə bərpa olunublar: “Mənim pulum olmadığı üçün hüquqi müstəvidə mübariz apara bilmədim. Mənə kollecdə aldığım təhsilin, aldığım diplomun, mənə verilən idman dərəcəsinin və fəxri fərmanların, diplomların saxta olduğu bildirildi”.
Q.İsmayılov müvafiq quruma müraciət edərək Cəlilabad rayon İdman İdarəsində idman muəllimi vəzifəsində işlə təmin olunmasını xahiş edib: “Ya da yerli Təhsil Şöbəsinə tapşırıq verilsin ki, hərbi veteran kimi məni hərbi müəllim vəzifəsində işlə təmin etsinlər”.
Ailəli olan birinci qrup əlil Qamət İsmayılov iki azyaşlı övladının olduğunu bildirib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










