Azərbaycan-NATO münasibətləri: Əməkdaşlıq dərinləşəcək - ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyev Brüsselə səfəri çərçivəsində dekabrın 14-də NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.

Azərbaycanın 44 günlük müharibədə Ermənistan üzərində qələbə qazanması regionun siyasi xəritəsini yenidən şəkilləndirməyi aktuallaşdırıb.

Bakı postmünaqişə dövründə proseslərdə əsas yönləndirici amilə çevrilir, Ankaradan gələn güclü siyasi dəstək, hər addımda Azərbaycanın maraqlarının müdafiəsi Bakıya əlavə imkanlar yaradır.

Azərbaycan indi NATO-ya münasibətdəki siyasətini şaxələndirməyi hədəfləyir.

NATO Azərbaycan üçün vacib tərəfdaşdır, məsələnin bu yerə çatmasının kökləri var.

Onları xatırlatmaq yerinə düşər.

Azərbaycanın NATO ilə əməkdaşlığı 1994-cü ildə mərhum eks-prezident Heydər Əliyev tərəfindən Brüsseldə “Sülh naminə Tərəfdaşlıq” çərçivə sənədinin imzalanması ilə başlayıb.

Prezident İlham Əliyev NATO-nun mənzil qərargahına 6 dəfə, NATO-nun baş katibləri isə Azərbaycana 3 dəfə səfər edib.

Prezident İlham Əliyev NATO-nun 7 Zirvə görüşündə iştirak edib (İstanbul 2004, Buxarest 2008, Lissabon 2010, Çikaqo 2012, Kardiff 2014, Varşava 2016, Brüssel 2018).

NATO daim Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək verib.

Bu dəstək NATO-nun 9 Zirvə görüşündə öz əksini tapıb. Zirvə görüşlərinin yekun sənədlərində Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə olunub. Bu sənədlərdə Cənubi Qafqazdakı münaqişələrin, o cümlədən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyi vurğulanırdı.

Vətən müharibəsi dövründə də NATO Azərbaycan və Ermənistanı atəşkəsə və danışıqlara çağırırdı.

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfəri nəticəsində yaranmış yeni reallıq NATO tərəfindən də qəbul edildi və NATO-nun bu ilin iyun ayında Brüsseldə keçirilmiş Zirvə görüşünün yekun mətnindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə istinad edən bənd çıxarıldı.

Azərbaycan və NATO arasında praktiki əməkdaşlığın əsas istiqamətlərini müdafiə və təhlükəsizlik sektorunda islahatlar, beynəlxalq əməliyyatlarda iştirak, fövqəladə hallara hazırlıq, təhlükəsizlik ilə əlaqəli olan elmi və ekoloji məsələlər və ictimai diplomatiya təşkil edir.

Azərbaycan öz Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atıb. Şimali Atlantika Alyansının üzvü olan Türkiyə modelli ordu quruculuğunu da NATO istiqamətinə yön alan müsbət siyasi gediş kimi qiymətləndirmək olar.

2002-ci ildən etibarən 30-dan çox Azərbaycan zabiti NATO-nun mənzil qərargahında və qurumlarında xidmət aparıb.

Azərbaycan və NATO arasında mina və partlamamış silah-sursatların təmizlənməsinə dair “Saloğlu” və “Ceyrançöl” layihələri kimi praktiki layihələr uğurla həyata keçirilib.

2002-ci ildən Azərbaycan NATO-nun Əfqanıstandakı missiyalarında fəal iştirak edib.

2015-ci ildən 2021-ci ilin avqustuna qədər Azərbaycan NATO-nun Əfqanıstanda “Qətiyyətli Dəstək” missiyasında iştirak edib. 120 Azərbaycan hərbçisi Kabilin beynəlxalq hava limanında xidmət edirdi.

Əfqanıstanda baş vermiş son hadisələr zamanı Azərbaycan hərbçiləri hava limanında təhlükəsizliyin təmin olunmasına və əhalinin təhlükəsiz təxliyəsinin təşkil edilməsinə böyük töhfə verib.

NATO-nun baş katibi Yens Stoltenberq bu ilin avqust ayında hava limanında təhlükəsizliyin təmin edilməsindəki xidmətlərinə görə Azərbaycana təşəkkürünü ifadə edib.

2017-2020-ci illərdə Azərbaycan NATO-Rusiya və ABŞ-Rusiya arasında yüksək vəzifəli hərbçilərin 7 görüşünə ev sahibliyi edib.

Görünən odur ki, Azərbaycan-NATO əməkdaşlığı bundan sonra daha da dərinləşəcək. Münasibətlərin perspektivi tərəflər üçün faydaları artıracaq.

Son xəbərlər

Bu da “Real Madrid”in yeni forması - Fotolar

Tramp: Memorandum imzalanan kimi Hörmüz boğazı açılacaq

Ankara raket və qırıcılarla qorunacaq

Ağ Ev: İran nüvə silahı hazırlamaqdan və almaqdan imtina etməyə razılaşıb

4 il ardıcıl Olimpiada qalibi oldu, universitetə imtahansız qəbul edildi

İran Küveytə hücumu təkzib etdi

Analarının öldürüldüyünü qonşulara uşaqları xəbər veriblər

Bu ölkə digərinin həbsxanasını icarəyə götürəcək

Sammitə görə Fransaya gedəcək

Narkotest nəticələri müsbət çıxdı

Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb

MƏMMƏD QƏDİR : Çağır Romadan papanı, bəsdi də - FOTO

Afiq Göyçəli : Ayrılıq çox çəkdi, Vətənə gəldim - FOTO

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

Gənclər buna görə infarkt olurmuş - XƏBƏRDARLIQ

"Sahipsizler"dən sonra bu seriala çəkiləcək - FOTO

Yelena Sidorenko ikinci dəfə ana oldu

Sibel Can evlənir - Toy Mayamidə olacaq

DÜNYANIN YORĞUN ÜZÜ və İNSANIN MƏNƏVİ TƏNHALIĞI - FOTO

Küveyt onlara 24 saat vaxt verdi

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini yekunlaşdırıb

Roma Papası İlham Əliyevi təbrik edib

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Rusiyadan qorunan Finlandiya – müdafiə xərclərini artıran Avropa - ŞƏRH

Adil Kərimli Şuşada vətəndaş qəbulu keçirəcək

Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib

İyunun 5-də üstünlük hüququ tətbiq edilən məktəblərə I sinif üzrə sərbəst qəbul başlayır

Hicran Əhmədli : Üzülüb Əlim - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930