
Xəbərlər
22.11.2021, 21:09
Payız düşüncələri
Gözəl bir payız günü,
Günlü,ərkli, bədəxşan.
Torpaq çəkib çisəyi,
Yağışdan yox bir nişan.
Külək görünmür deyə,
Bulud olub pərişan.
Göydən boylanır yerə:
Gərək yükü boşaldam!
Toz torpağa qarışıb,
Payızın gerçəkləri.
Sarmaşıq nə sarmaşıb?
Tökülüb ləçəkləri!
Yarpaqlar pıçıldaşır,
Xəfif payız mehində.
Görüşərik söyləyir,
Bir də bahar gələndə!
Qoca uca palıdın,
Qarışıb yuxusu da,
Qarınqulu dələnin,
Qurtarıb qozası da.
Həya edib utanır,
Təbiətdən ağaclar.
Yavaş-yavaş soyunur,
Ayıbdır,görən olar!
Ağaclarda qaralır,
Quş uçuran yuvalar.
Baxıb səbrim daralır,
Harda qaldın,ay bahar?!
Cümşüd Aydəmirov,
Bakı. 20.11.2021
Günlü,ərkli, bədəxşan.
Torpaq çəkib çisəyi,
Yağışdan yox bir nişan.
Külək görünmür deyə,
Bulud olub pərişan.
Göydən boylanır yerə:
Gərək yükü boşaldam!
Toz torpağa qarışıb,
Payızın gerçəkləri.
Sarmaşıq nə sarmaşıb?
Tökülüb ləçəkləri!
Yarpaqlar pıçıldaşır,
Xəfif payız mehində.
Görüşərik söyləyir,
Bir də bahar gələndə!
Qoca uca palıdın,
Qarışıb yuxusu da,
Qarınqulu dələnin,
Qurtarıb qozası da.
Həya edib utanır,
Təbiətdən ağaclar.
Yavaş-yavaş soyunur,
Ayıbdır,görən olar!
Ağaclarda qaralır,
Quş uçuran yuvalar.
Baxıb səbrim daralır,
Harda qaldın,ay bahar?!
Cümşüd Aydəmirov,
Bakı. 20.11.2021
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











