Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurası təsis olunubBirləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində müxtəlif ərəb ölkələrində fəaliyyət göstərən azərbaycanlı icması ilə görüş keçirilib.

Turaztv.az xəbər verir: Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri komitə sədri Fuad Muradov açaraq Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq təmsil etdiyi qurumun əməkdaşlarının mütəmadi olaraq xarici ölkələrdə yaşayan azərbaycanlılarla görüşlər keçirdiyini vurğulayıb və soydaşlarımızı 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan parlaq və şanlı Zəfərin birinci ildönümü münasibətilə də təbriklərini çatdırıb və həmin dönəmdə Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq naminə nümayiş etdirdikləri birlik, həmrəylik və fədakar fəaliyyətə görə diaspor nümayəndələrinə minnətdarlığını bildirib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə və elektron resurslarına həsr edilmiş videoçarxlar nümayiş olunub.

Daha sonra Dubay şəhərində Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının təsis toplantısı keçirilib.

Toplantıda ərəb ölkələrində yaşayan və işləyən nüfuzlu diaspor nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər. Çıxış edənlər diasporun təşkilatlanmasının əhəmiyyəti və bu sahədəki problemlərdən, ölkəmizlə bağlı məlumatların dünya mediasında işıqlandırılmasının vacibliyindən söz açıb, Qarabağda qazandığımız Qələbənin hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaratdığını bildiriblər.

Müzakirələrin nəticəsi olaraq Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının təsis edilməsi barədə qərar qəbul olunub. Şuranın yol xəritəsi hazırlanıb, gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb, soydaşlarımızın təklifləri dinlənilib. Koordinasiya Şurasının Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Misir, Qətər, Oman və Səudiyyə Ərəbistanı üzrə əlaqələndiriciləri seçilib.
Qeyd edək ki, hazırda 33 ölkəni əhatə edən 14 Koordinasiya Şurası fəaliyyət göstərir.
Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurası təsis olunub

Son xəbərlər

Ərdoğan: Ankaradakı NATO sammiti alyansın tarixində dönüş nöqtəsi ola bilər

Omanın Sohar şəhərinin şimal-şərqində yerləşən tankerdə yanğın baş verib, ölən var

Sabah 33 dərəcə isti olacaq

Azərbaycanın xarici dövlət borcu azalıb

Baş nazir kimi 62 illik rekordu yenilədi

“Qarabağ”ın rəqiblərinin adları bəlli oldu - “Ferentsvaroş”la qarşılaşacaq

İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir - FOTOLAR

ŞƏRƏFLİ HƏKİM ÖMRÜ VƏ ZƏRİF POEZİYA DÜNYASI: Leyla Bayramovanın işıqlı həyat yolu

MƏMMƏD QƏDİR : Qəbir də yerində, daş da yerində... - FOTO

Adil Kərimli Mədəniyyət Nazirliyinin kitabxanaları bağlamasına dair iddiaları rədd edib

Belfastda 18 yaşlı tələbənin öldürülməsi iğtişaşlara səbəb olub

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Araz çayında batan 17 yaşlı gəncin meyiti tapılıb

Serenay Sarıkayanın yeni layihəsi məlum oldu

Barı gəlirəmmi yuxularına? - FOTO

Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

Qırğızıstanda terror aktları hazırlamaqda şübhəli bilinən 31 nəfər saxlanılıb

“Real”ın baş məşqçisi klubdan ayrıldı

Tramp: ABŞ-ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

Rusiyada azərbaycanlı “qanuni oğru” saxlanıldı

“Renault” kütləvi PUA istehsalına başlayır

Rusiyanın hücumu zamanı ayağını itirən gimnast qızıl medal qazandı - FOTO

Şahzadə xanımı və uşaqları ilə Londona gələcək

Bakının bu rayonlarında işıq olmayacaq - Xəbərdarlıq

Atlaz Rzayi : Sirli qadın (HEKAYƏ) - FOTO

ZÜLFİYYƏ İSMAYILOVA : Dünya sevgi dünyasıdır - FOTO

XATİRƏ İSMAYILOVA : “El qınağı” yoxsa “sosial şəbəkə hökmü” - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930