BDU-nun rektoru Prezident təqaüdçüləri ilə görüşübBakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 2021-2022-ci tədris ilində bu ali təhsil müəssisəsinə qəbul olunan Prezident təqaüdçüləri ilə görüşüb.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor E.Babayev qəbul imtahanlarında yüksək nəticə göstərmələri münasibətilə tələbələri təbrik edib, onlara gələcək təhsillərində uğurlar arzulayıb. O, Azərbaycan Prezidentinin təqaüdünə layiq görülmələrini onlar üçün həm böyük qürur, həm də böyük məsuliyyət olduğunu bildirib. Tələbələrin gələcəkdə bu adı layiqincə doğruldacaqlarına, xalqımıza, dövlətimizə layiqli, peşəkar mütəxəssislər kimi yetişəcəklərinə əminliyini vurğulayıb.

Sonra rektor tədrisin keyfiyyətinin yüksəldilməsi, yüksəkixtisaslı kadrların hazırlanması üçün BDU-da yaradılmış şərait haqqında məlumat verib. O, universitetin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək, 2021-ci ildən “Blackboard” elektron təhsil sisteminin, yeni təlim texnologiyalarının uğurla tətbiq edildiyini diqqətə çatdırıb. Tələbələrə müxtəlif layihələrdə, Tələbə Elmi Cəmiyyətinin fəaliyyətində yaxından iştirak etməyi tövsiyə edib.

Rektor, eyni zamanda, BDU-nun tələbə təşkilatlarının fəaliyyəti, universitetdə könüllülük hərəkatı haqqında söhbət açaraq, tələbələri təhsil müəssisəsinin ictimai həyatında, sosial layihələrdə iştirak etməyə çağırıb. Onlara öz bilik və bacarıqları ilə yanaşı, ictimai fəallıqları ilə də tələbə yoldaşlarına nümunə olmağı arzulayıb.
BDU-nun rektoru Prezident təqaüdçüləri ilə görüşüb
BDU-nun rektoru Prezident təqaüdçüləri ilə görüşüb
BDU-nun rektoru Prezident təqaüdçüləri ilə görüşüb
BDU-nun rektoru Prezident təqaüdçüləri ilə görüşüb

Son xəbərlər

İNSAN GÜNDÜZ DÜNYANI, GECƏ İSƏ ÖZÜNÜ TANIYIR - FOTO

ƏDALƏT QARABULUD YARADICILIĞINA "QARIŞIQ" BAXIŞ - FOTO

Daşdəmir ƏJDƏROĞLU : Səssiz fəryad - FOTO

“Günay” Uşaq Teatrı 23-cü mövsümünü uğurla başa vurdu - FOTOLAR

Yaxşılara minnətdaram...

Mehin Hümbətovanın ölkədən çıxışına qadağa qoyuldu

Gələn həftə Vaqif Poeziya Günləri keçiriləcək

Futbol akademiyalarında təhsil məsələlərinə məsul şəxslərlə görüş keçirilib

Azərbaycan XİN Cənubi Sudanı təbrik edib

Əsl yay havası başlayır: Sabah 37 dərəcə isti olacaq - PROQNOZ

Hər 5 nəfərdən biri xərçəngə tutulacaq - ÜST-dən xəbərdarlıq

Xameneinin cənazəsi Məşhədə aparıldı

Bonni Tayler vəfat etdi

Qəzəlsayağı şeir - FOTO

TUBU İMANOVA : ANANIN YAŞI OLMUR - FOTO

“Işıl”ın ölüm səbəbi açıqlandı

Şahzadədən boşanıb tiktokerlə evləndi - Fotolar

Yeni layihəsi bəlli oldu

Ərdoğanın hədiyyə etdiyi bahalı tapançaları - Özləri ilə apara bilmədilər

Sabah 37 dərəcə isti olacaq

HƏSƏNXAN ƏSƏD : Sənətin məğrur qadını - FOTO

Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır

Azərbaycanda turizm haqqında yeni qanun layihəsi hazırlanıb

Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir

Rusiyanın zərbələri nəticəsində Zaporojye vilayətində 8 nəfər yaralanıb

Azərbaycan neftinin qiyməti 82 dolları keçib

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

Kadırov prezident postuna namizədliyini rəsmiləşdirdi

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031