Bu universitetin bütün əməkdaşlarına 500 manat mükafat veriləcək
Bakı Dövlət Universitetində (BDU) Elmi Şuranın növbəti iclası keçirilib.

Turaztv.az xəbər verir ki, BDU-dan "Report"a verilən məlumata görə, universitetin rektoru Elçin Babayev gündəlikdə olan məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb, universitetin 100 yaşının tamam olması münasibətilə bütün kollektivi təbrik edib. Bildirib ki, Bakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilib, noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilib. 100 yaşlı universitetin tarixinə qısa nəzər salan rektor Elmi Şura üzvlərindən gün ərzində müxtəlif auditoriyalara gedib tələbələrə şanlı tarix haqqında məlumat verməyi xahiş edib.

Universitetin 100 illiyi münasibətilə keçirilən silsilə tədbirlər və son hazırlıq işləri barədə məlumat verən rektor yubileyin UNESCO-nun Parisdəki Baş qərargahında, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində, eyni zamanda, bu ali təhsil ocağının Qazax filialında, Mingəçevir Dövlət Universitetində, Sumqayıt Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Mühəndislik Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanada, o cümlədən digər elm və təhsil mərkəzlərində qeyd edildiyini diqqətə çatdırıb.

Rektor, eyni zamanda, yubiley münasibətilə hazırlanmış kitablar haqqında danışıb, 100 illiklə bağlı elan edilmiş yaradıcılıq müsabiqələrinə yekun vurulduğunu, yaxın günlərdə qaliblərin elan ediləcəyini bildirib.

İclasda yubiley münasibətilə universitetin bütün əməkdaşlarının hər birinə 500 manat miqdarında mükafat verilməsi, rektor yanında ağsaqqal müəllimlərdən ibarət Məsləhət Şurası üzvlərinin universitetdə "Kitab evi”nin yaradılması barədə verdikləri təklif, Bakı Dövlət Universiteti və BDU Həmkarlar İttifaqı Komitəsi arasında imzalanmış Kollektiv müqavilənin təsdiqi barədə müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.
İclasda Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə Nazirlər Kabinetinin "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarı haqqında məlumat verib.
İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Son xəbərlər

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

Prezident İlham Əliyevə yüksək etimad dövlət-xalq birliyinin göstəricisidir ŞƏRH

“Gələcəyi birlikdə quraq!” sosial layihəsinə başlanılıb - FOTOLAR

Sabah 39 dərəcə isti olacaq

Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa

Ən çox dəmir ehtiva edən 7 ət növü açıqlandı

24 yaşlı gənc dənizdə batdı

Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb

Misraların ömrü - şairin taleyi

Nolanın “Odissey”indən - Rekord

Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir

Rusiya Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, 5 nəfər ölüb, 63 nəfər yaralanıb

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib

Tramp: İranın hələ də raket və dron ehtiyatı var

Vaqif Vüqar : Qəlbində sevgi, əlində Turan bayrağı... - FOTO

İraqın Baş naziri Tehrana gələcək

ABŞ hərbçilərinin öldüyünü etiraf etdi

Dünya Kubokunun ulduz çıxışı - FOTOLAR

SEVİNC YUNUSLU : Söndür bu cəhənnəmi,odu üfür,közün sıx - FOTO

Argentina nadir antirekordunu təkrarladı

BDYPİ-dən ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə xəbərdarlıq

Çimərliklərdə bu günə gözlənilən hava şəraiti açıqlandı

Vaqif Poeziya Günləri başa çatdı - Fotolar

Doğma Həməşəra səhifəsinə təşəkkür - FOTO

"SÖZÜN KANDARINDA" QALDIĞIN DÜŞÜNƏN QƏLƏM ADAMI... - FOTO

Mundialın finalında ulduzlar yağışı - Castin Biber və Şakira səhnədə

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının A Liqasına yüksəlib

Bu ürəkdir - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031