BDU-da ilk dərsin başlamasından 100 il ötür
Bakı Dövlət Universitetində (BDU) ilk dərsin başlamasından 100 il ötür.
Turaztv.az xəbər verir ki, universitet 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilib.

1919-cu il sentyabrın 8-də Bakı Dövlət Universitetinin rektoru və dekanlarının təsdiqi haqqında qərar qəbul edilib. Qərarda operativ cərrahiyyə kafedrasının əməkdar professoru Vasili İvanoviç Razumovskinin rektor, patoloji anatomiya kafedrasının professoru İ.İ.Şirokoqo­rovun, o olmadığı dövrdə isə müvəqqəti olaraq professor A.M.Levinin tibb fakültəsinin, görkəmli tarixçi, publisist, ümumi tarix kafedrasının dosenti N.A.Dubrovskinin tarix-fi­lologiya fakültəsinin dekanı təyin olunub.

Universitet Şurasının 1919-cu il noyabrın 10-da olan ilk iclasında professorların və digər akademik heyətin tərkibi təsdiq edilib. 1919-cu il noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan olunub.

1919-cu ildən bu günə qədər ali təhsil ocağının 25 rektoru olub. BDU-nun hazırkı rektoru Elçin Babayevdir. O, bu vəzifəyə Prezident İlham Əliyevin martın 11-də imzaladığı sərəncamla təyin edilib.

Hazırda universitetin 16 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavriaturada 60 ixtisas, magistraturada 197 ixtisaslaşma, doktorantura səviyyəsində 70 ixtisas üzrə 20 minə yaxın tələbə, magistrant və doktorant təhsil alır. Təhsil 3 dildə – Azərbaycan, rus və ingilis dillərində aparılır. Universitetdə dünyanın bir çox ölkələrindən 1000 yaxın tələbə də təhsil alır. Tədris prosesinə 127 kafedrada 1500-ə yaxın professor-müəllim heyəti cəlb edilib.(report)

Son xəbərlər

Zelenski Trampdan cavab gözləyir

Cenniferin keçmiş əri səkkizinci dəfə ata oldu

Bakının bu ərazisində işığın verilişində fasilə olacaq

Salyanda çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb

Elnarə Abdullayevaya ağır itki

İstidə ürək dayanmasına aparan əlamətlər – Bədən təhlükəni əvvəlcədən belə bildirir

Jurnalistika ilə yaşlanmaq...

Trampın təhdidlərinə İrandan cavab

Həsən Bəy Zərdabi kimdir? - Bu günümüzdə imzası olan əfsanə

Səhvən sevgilisinin şəklini paylaşdı - Foto

Ümidlə başlayıb kədərlə bitən gecə... - Fotolar

22 İYUL – MİLLİ MƏTBUAT GÜNÜ: SÖZDƏN SÜNİ İNTELLEKTƏ UZANAN YOL VƏ AZƏRBAYCANIN İNFORMASİYA DİPLOMATİYASI

Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

Tramp Hörmüz boğazındakı hücumlara görə İranı infrastruktura zərbələr endirməklə hədələyib

Ermənistanda Zəngəzur kombinatı və AES siyasi alət rolunda - ŞƏRH

Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib

TƏBİB-də yeni - Təyinat

“Yüksəliş” müsabiqəsində 30 yaşadək qaliblər üstünlük təşkil edir

IV kurs tələbəsi vəfat etdi

Məşhur aktrisa Rusiya vətəndaşlığı almaq istəyir

Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq

13 yaşında dünya şöhrəti qazanan aktrisa qəzada öldü

Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb

“Dünyada gedən proseslər mətbuatdan da yan keçməyib”

Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək

RÜFƏT MÜƏLLİM, SİZƏ HEYRAN OLDU BU CAHAN...

Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lükdə

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031