
Xəbərlər
2.09.2021, 22:11
Bakıda bir-birinə bitişik iki ev yanıb
Bakıda bir-birinə bitişik iki ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 180 kvadratmetr olan tikintisi başa çatmayan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın və dəhlizin yanar konstruksiyaları 50 kvadratmetr sahədə, mərtəbələr arasında taxta atmalar 15 kvadratmetr sahədə, bitişik ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli evin 1 otağının tavanı 1 m² sahədə yanıb.
Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









