
Xəbərlər
28.07.2021, 01:30
Göygöldə birmərtəbəli evdə yanğın olub
Göygöl rayonunun Üçtəpə kəndində ümumi sahəsi 60 kvadratmetr olan kürsülü birmərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, evin mətbəxinin taxtadan ibarət giriş qapıları, evə bitişik ümumi sahəsi 3 kvadratmetr olan talvar və talvarın altında bir ədəd soyuducu yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













