
Xəbərlər
1.01.2020, 15:05
Novxanıda ev, Danaçı kəndində tövlə yanıb

Abşeron rayonunun Novxanı kəndində ümumi sahəsi 28 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağında lambirindən ibarət tavan 5 m² sahədə və yataq dəsti yanıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Daha bir yanğın hadisəsi isə Zaqatala rayonunun Danaçı kəndində baş verib. Ümumi sahəsi 150 m² olan tövlənin yanar konstruksiyaları 80 m² sahədə və damına yığılan 4 ton ot bağlaması yanıb.
Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









