
Xəbərlər
31.08.2021, 00:58
BMT Təhlükəsizlik Şurası Əfqanıstandan maneəsiz çıxış haqqında qətnamə qəbul edib
Avqustun 30-da BMT Təhlükəsizlik Şurası Əfqanıstandan maneəsiz çıxış haqqında qətnamə qəbul edib.
AZƏRTAC Amerika telekanallarına istinadla xəbər verir ki, qətnamədə “Taliban” hərəkatı əfqanların və xarici vətəndaşların ölkədən sərbəst və təhlükəsiz çıxışını təmin etməyə çağırılır. Sənədin lehinə Təhlükəsizlik Şurasının 13 üzvü səs verib, Rusiya və Çin bitərəf qalıb.
Qətnamə, həmçinin Əfqanıstana humanitar yardım göndərilməsində səylərin artırılmasını nəzərdə tutur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













