“Berg”, “Full” və “Pit Bull” enerji içkisi deyil - Araşdırma başladı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən haqsız rəqabət hallarının qarşısının alınması məqsədi ilə enerji içkiləri bazarında aparılan araşdırmalar zamanı daha dörd sahibkar barəsində iş qaldırılıb.

Turaztv.az xəbər verir ki, araşdırmaların nəticələrinə əsasən, “A+CO” ASC tərəfindən istehsal olunan “FULL energy” alkoqolsuz içkilərinin üzərində “ORIGINAL FULL ENERGY”, “İMPLUSE FULL ENERGY”, “MAKES YOUR ENERGY FULL” ifadələrinin istifadə olunması, “BERG ENERGY” MMC-nin eyni adlı məhsulunda “ENERGY”, “100% MAXİMUM ENERGY” və “THE GREAT POWER FEEL THE COOLNESS” ifadələrinin istifadə olunması, sifarişçisi “NPG Azərbaycan” MMC və distribütoru “Veysəloğlu” MMC olan “PIT BULL” adlı içkinin markalanmasında isə “ENERGY” sözünün istifadə olunması istehlakçılarda həmin məhsulların enerji içkisi olması təəssüratlarının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib.

Dövlət Xidməti tərəfindən “A+CO” ASC, “BERG ENERGY” MMC, “NPG Azərbaycan” MMC və “Veysəloğlu” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işlər qaldırılıb.

Məlumat üçün bildirək ki, "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.

Son xəbərlər

ADİL CƏFAKEŞ : TƏKLƏNİBDİ - FOTO

Bürclər bu günə nə deyir?

LİLPAR CƏMŞİDQIZI : Qəzəl aləmində hər dəm nə yazır, rəvan edirsən - FOTO

Genetik saatla insanın ömrünü bilmək real ola bilər

Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçildi

XATİRƏ İSMAYILOVA : Deyəcəyəm - FOTO

“Eşref Rüya”nın aktyoru yeni serialda

TUBU İMANOVA : TALEHİN BƏD OYUNU (Hekayə) - FOTO

“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi

Zelenski Putinə açıq məktub ünvanladı

Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub

6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar

"Kuruluş Osman"ın aktyoru yeni serialda - FOTO

50-dən çox rusiyalı sənətçi Azərbaycana gələcək

“Friends”in aktrisası serialı illər sonra izləyib

Tarantinodan Hollivuda ağır sözlər - “Ora artıq dadsız sosiska fabrikidir”

Çəkiliş meydançasında xəstəxanalıq oldu - Foto

Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI

Pişikləri tez-tez qucaqlamaq təhlükəlidir - Mütəxəssis

Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik edib

"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir

Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib

Ölkə üzrə 300 mindən çox şagirdin bilikləri ilk dəfə açıq tipli sualların olduğu monitorinqlə yoxlanılacaq

NASA Mars atmosferini müşahidə etmək üçün yaradılan ilk missiyanı sona çatdırıb

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Telnaz Abıyevanın 70 illik yubileyi qeyd olunmuşdur - FOTOLAR

“Park Yasamal”da hazır 2 otaq studiya mənzillər - Ev axtaranlara şad xəbər! (FOTOLAR)

“Sabah” kapitanı və rekordçusu ilə yollarını ayırdı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930