
Həcc ziyarəti üçün yeni qaydalar açıqlandı
Həcc ziyarəti üçün yeni qaydalar açıqlandı
Səudiyyə Ərəbistanı builki Həcc ziyarəti ilə bağlı qərarını açıqlayıb.
"Turaztv.az" xəbər verir ki, Səudiyyə Ərəbistanı rəhbərliyi xaricdən zəvvarların Həcc ziyarətinə gəlməsinə icazə verib.
Məlumata görə, bu ilki Həcc ziyarəti üçün yerli və xarici zəvvarlar da daxil olmaqla ümumi 60 min nəfərlik (45 min xarici, 15 min daxili) kvota təyin olunub.
Ancaq 18-60 yaş arası insanların ziyarətinə imkan veriləcək. Həmçinin zəvvarlar son altı ayda hər hansı xəstəliyə görə xəstəxanada yatmamalı və peyvəndin hər iki dozası vurulmuş olmalıdır.
İkinci doza isə Səudiyyə Ərəbistanına gəlmədən ən azı 14 gün əvvəl vurulmalıdır.
Xaricdən gələn zəvvarlar bir daha PZR testdən keçəcəklər və 3 gün karantində qalacaqlar.
Şeytan daşlama mərasimi üçün hər bir zəvvara paketlənmiş steril torbalarda daşlar veriləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







