Zəvvarları Həcc ziyarətinə aparmaq üçün AZAL 6 təyyarə ayırıb - QMİ

Hazırda iki məsciddə həccə gedəcək zəvvarlar üçün təlimlər keçirilir

"Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarları bu il də AZAL milli aviaşirkətinin təyyarələri aparacaq. Artıq bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə həmin qurum arasında müqavilə imzalanıb".

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, avqustun 1-dən 6-a qədər gediş, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönüş olacaq: "Zəvvarlar üçün 6 təyyarə ayrılıb. Gediş üçün gün ərzində planla nəzərdə tutulan 2-3 dəfə, dönüş üçün isə 2 reys olacaq".

Eyni zamanda, Azərbaycandan Həcc ziyarətinə getmək üçün 900-ə yaxın insan sənədlərini təqdim edib, onların içərisində hələlik təkrar getmək istəyənlər yoxdur.

Hazırda iki məsciddə həccə gedəcək zəvvarlar üçün təlimlər keçirilir.

Xatırladaq ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 (ötən il 1440) nəfərlik kvota qoyulub.

Bu il otellərdə fərq olacaq. Səudiyyə Ərəbistandakı iqtisadi durumla əlaqəli qiymət fərqlidir. Qiymətlərdə 75 dollar artım var. Yəni, bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edir.(report.az)

Son xəbərlər

Ukrayna Xəzərdə İrana aid ticarət gəmisini vurdu - Ölən var

QAÇILMAZ FACİƏlƏRƏ SƏBƏB OLA BİLƏCƏK BU HALLARIN QARŞISI ALINMALIDIR

KÖÇƏ QOŞULURAM BAHAR GƏLƏNDƏ

ELXAS MÜƏLLİM TƏŞƏKKÜR EDİRƏM, DİQQƏT VƏ DƏYƏRİNİZ ÜÇÜN.

Bal yeyərkən bunlara diqqət edin!

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq edildi

Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi

Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb

Tural Abbaslı: ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur”

Professor İsmixan Rəhimovun sevimli tələbələrindən biri...

Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq

Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib

Cəlilabad ədəbi mühitinin öz ziyalısına təşəkkürü

Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

Yaponlar niyə yerdə yatır? - Yataqsız evlərin sirri

Azərbaycan futzal komandası Avropa Universitet Oyunlarında ikinci olub

BDYPİ isti hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi

Bu məhsulları soyuducuda saxlamaq olmazmış - Ekspert səbəbləri açıqladı

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanıldı

Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb

Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq

Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb

Özü yıxılan ağlamaz, Hikmət...

Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq

Dənizə gedənlərin nəzərinə!

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - Detallar

Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031