11-nəfərin nəticəsi ləğv edildi, 38-i həkimlik oldu- Qəbul imtahanında yaşananlar Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 19-da 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin imtahanı zamanı Mingəçevir şəhərində bir nəfər başqasının yerinə imtahana girməyə cəhd edib.

Turaztv.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə məlumat DİM-dən verilib. Cəhdin qarşısı buraxılış rejimi əməkdaşları tərəfindən alınıb, məsələ aktlaşdırılıb və hüquq-mühafizə orqanlarına bununla bağlı müraciət edilib.

DİM-dən verilən məlumata görə, imtahana gecikmə halları bu imtahanda da baş verib: “Yeni qaydalara görə, abituriyent 10:45-ə qədər imtahanın keçirildiyi binaya gəlməlidir. Gecikənlərlə bağlı müraciətlər oldu. Onların müraciətini təmin edə bilmədik.

Hər dəfə edilən xəbərdarlıqlara baxmayaraq, sənədlərin çatışmazlığı ilə bağlı çoxlu müraciətlər oldu. Doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsinin surəti ilə imtahana gələnlər oldu. Belə abituriyentlərin də imtahanda iştirak etmək tələbi təmin olunmayıb”.

DİM-dən sağlamlıq imkanları məhdud abituriyentlərlə bağlı da açıqlama verilib. Qeyd olunub ki, bu cür abituriyentlərlə bağlı DİM tərəfindən xüsusi şərait yaradılır: “Sağlamlıq imkanları məhdud abituriyentlər onlara yaradılan şəraitdən ən yüksək şəkildə yararlanmaq üçün bir həftə, 10 gün əvvəldən ərizə ilə müraciət etməlidirlər. Bu halda onların vəziyyəti, sənədləri yoxlanılır. Ehtiyac olduqda sualların oxunması və yaxud cavab kartında cavabların qaralanmasına nəzarətçi yardım edir. Bununla bağlı ayrıca nəzarətçi bazası var və həmin nəzarətçilərə təlimlər keçirilir. Bu imtahanda 19 belə abituriyent var idi və onlar üçün imtahan uğurla başa çatıb. Bəzən valideynlər imtahan getdiyi dövrdə bizə nəzarətçi tələbi ilə bağlı müraciət edir ki, həmin vaxt bunu təmin etmək mümkün olmaya bilir. Ona görə əvvəlcədən müraciət etmək lazımdır”.

DİM-dən mayın 12-də keçirilən imtahanla bağlı da məlumat verilib. Qeyd olunub ki, ciddi problemlərdən biri də imtahan həyəcanının idarə edilməsi ilə bağlıdır. Həyəcanlananların halı pisləşir və onlar həkim briqadasına müraciət etməli olurlar.

Mayın 12-də keçirilən qəbul imtahanında belə abituriyentlərin sayı 38 nəfər, qaydaları pozduqları üçün imtahan nəticəsi ləğv olunanların sayı 11 nəfər olub. Sənədlərdə müəyyən çatışmazlıqla bağlı imtahan qərargahına 14 müraciət edilib. Dəqiqləşdirmələrdən sonra onların imtahanda iştirakına icazə verilib. Təlimatda nəzərdə tutulan qaydalardan kənara çıxdığına görə 4 nəfər nəzarətçi cari nəzarətçilər bazasından çıxarılıb”.

Son xəbərlər

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Davam edən Moskva-İrəvan gərginliyi – Rusiya Ermənistana daha bir təsir rıçaqını itirir - ŞƏRH

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı

Azərbaycan "ŞƏT plyus"da - Regional liderlikdən qlobal dialoqa - ŞƏRH

Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib

ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib

İlham Əliyev: "Bir kəmər, bir yol" layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir

Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib

"MÖCÜZƏLİ NAFTALAN"

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə startap həlləri axtarılacaq

Azərbaycan neftinin qiyməti 97 dolları ötüb

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930