
Xəbərlər
27.02.2020, 13:34
Koronavirusa görə Ümrə ziyarəti dayandırılıb

Səudiyyə Ərəbistanı yeni koronavirus təhlükəsi ilə əlaqədar Ümrə ziyarətinin müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.
NTV xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər ölkədəki tibb işçilərinin “Covid-19” ilə əlaqəli prosesləri yaxından izlədiklərini bildirib. Açıqlamada bu epidemiyanın qarşısını almaq üçün beynəlxalq təşkilatların, xüsusilə də Ümumdünya Səhiyyə Təşkilatının (DST) səylərinin dəstəklənəcəyi qeyd edilib: “Görülən qoruyucu tədbirlər çərçivəsində Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına girişin müvəqqəti olaraq dayandırılması qərara alınıb".(apa)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










