Azərbaycana qarşı döyüşən muzdlu terrorçunun məhkəməsi başlayır

Vətən Müharibəsində Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak edən muzdulardan birinin məhkəməsi başlayır.

Baş Prokurorluqdan verilən məlumata görə, Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib Ermənistan Silahlı Qüvvələri tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

İstintaqla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü, Livan Respublikasının vətəndaşı, Beyrut şəhər sakini Eulcekcian Viken Abraham 29 sentyabr 2020-ci il tarixdə Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycanın işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib.

Bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycanın mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçib digər muzdluların da olduğu ərazilərə gəlib.

Həmçinin, Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin təkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan vətəndaşları və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.

Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

05.05.2021-ci il tarixdə cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilib.

Son xəbərlər

Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Dünya çempionatı - Qətər son dəqiqə qolu ilə xilas oldu

VƏTƏNƏ XİDMƏTLI BİR ÖMÜR YAŞADI...

Moskva da yağışlara tab gətirmədi - Şəhəri su basdı

“Kokain lazımdır, təcili!” - Məşhur aktrisanın yazışmaları üzə çıxdı

Azərbaycanda 814 min insanın səhhəti təhlükədədir

Meksikada şəhər meri güllələnərək öldürülüb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

Yaşar müəllimin şərəfli həyat yolunun mənəvi işığında - FOTO

Netanyahu təcili iclas çağırdı

Hicran Fuad Əhmədli : Bitirək Savaşı - FOTO

HƏSƏNXAN ƏSƏDOV : Suvarar eşq bağın bir cüt şəlaləm, biləsən - FOTO

Sabiq səfir vəfat etdi

Suriyadan repatriasiya edilmiş 23 nəfər müəssisəyə yerləşdirildi

Dünya çempionatında daha bir oyun başlayıb

Tramp Parisdə Makronla görüşəcək

Polad Həşimovun oğlu da məzun oldu

Bloqerlərin paylaşımları sizi depressiyaya salır? - Psixoloqlardan TÖVSİYƏ

Paytaxtın bu ərazilərində parkinq 5 gün pulsuz olacaq

Milyonluq əmlakını dövlətə bağışlayacaq

Bakıda avtoxuliqanlıq etdi, həbs olundu

İranla razılaşma sabah imzalanacaq - Tramp açıqladı

Zaqatalada 2 nəfəri ilan sancdı, biri öldü

Flora Kərimova xəstəxanaya yerləşdirildi - Mehriban Əliyeva müalicəsini nəzarətə götürdü

Yeni layihəsi bəlli oldu

Türkiyədə qohumların mübahisəsi silahlı davaya çevrilib

İsrail Livanın cənubunda "Hizbullah"ın 70-dən çox obyektinə zərbələr endirib

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930