Xəbərlər
13.06.2026, 22:37
İranla razılaşma sabah imzalanacaq - Tramp açıqladı
ABŞ Prezidenti Donald Tramp İranla əldə olunmuş razılaşmanın sabah imzalanmasının planlaşdırıldığını və bunun ardınca Hörmüz boğazının tam açılacağını bildirib.
"Unikal" xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” hesabında yazıb.
"İran artıq nüvə silahı istəmir və onu əldə etmək üçün araşdırma, inkişaf və ya hər hansı satınalma fəaliyyəti də həyata keçirməyəcək", - deyə o qeyd edib.
ABŞ prezidenti vurğulayıb ki, saziş imzalandıqdan dərhal sonra Hörmüz boğazı bütün gəmilər üçün açıq olacaq.
Tramp həmçinin bildirib ki, gələcəkdə vəziyyət sabitləşdikdən sonra ABŞ İranın dağlıq ərazilərində yerləşən və ABŞ zərbələri nəticəsində dağıdılmış nüvə obyektlərinin qalıqlarını araşdıracaq: "İran və bütövlükdə Yaxın Şərqlə işləməyi səbirsizliklə gözləyirik".
ABŞ prezidenti qeyd edib ki, prosesin tez və problemsiz yekunlaşacağına ümid edir, lakin bunun baş verməyəcəyi halda Vaşinqtonun alternativ variantlarının da olduğunu vurğulayıb.
Qeyd edək ki, Tehran razılaşmanın sabah imzalanmayacağını açıqlayıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay