Xəbərlər
13.06.2026, 22:34
Zaqatalada 2 nəfəri ilan sancdı, biri öldü
Zaqatala rayonunun Yuxarı Cardaxlar kəndində 2 nəfəri ilan sancıb.
"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, onlardan 1-i ölüb, digərinin müalicəsi xəstəxanada davam etdirilir.
Belə ki, Yuxarı Çardaxlar kənd sakini, 39 yaşlı Murad Məhəmməd oğlu Qurbanov iyunun 10-da əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən ilan onu sancıb. M.Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Ona xəstəxanada ilkin tibbi yardım göstərilib, lakin vəziyyəti ağır olduğundan o, müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki Kliniki Tibbi Mərkəzə göndərilib. Həkimlərin səyinə baxmayaraq, o, ötən gün müalicə aldığı tibb müəssisəsində vəfat edib.
Bu gün isə Yuxarı Çardaxlar kəndində daha bir ilancancma faktı qeydə alınıb. Kənd sakini, 34 yaşlı İsmayıl Cuma oğlu Lələyevi yaşadığı evin həyətyanı sahəsində ilan sancıb. O, Zaqatala RMX-yə yerləşdirlib. İ.Lələyevə ilkin tibbi yardımlar göstərilib. Həkimlər xəstənin vəziyyətini nəzərə alaraq onu müalicəsini davam etdirmək üçün Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərmək qərarına gəliblər.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay