Xəbərlər
14.06.2026, 00:09
HƏSƏNXAN ƏSƏDOV : Suvarar eşq bağın bir cüt şəlaləm, biləsən - FOTO
Yandırır ərşü-fərşi ahü-naləm, biləsən,
Ağlayır bu halimə bütün aləm, biləsən.
Düşüb sehrinə eşqin səni sevdikcə sevdim,
Lütf edib gəl bizə,əzmi - bihaləm, biləsən.
Gözümdən axır qanlı su, yoxdur bir dərdim bilən,
Ki qalıb eşq dolu əldə piyaləm, biləsən.
Üzmə nazınla canım,bir xəstə bülbüləm mən.
Bu həqiqətdir, vaxtsız solar laləm, biləsən.
Oxu hər sətrimi, dərk eylə eşqin qüdrətin,
Bax heyrətlə, donmuş gözlərdə jaləm biləsən.
Düşdüm girdabına eşqin, pəjmürdədir halim
Suvarar eşq bağın bir cüt şəlaləm, biləsən.
Əl açıb yalvardım, sevgimə həmdəm olasan,
Həsənəm, xoş olar, nəslü-sülaləm, biləsən.
14.06.2026

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay