Arzu Yaqub qızı: Hardasan, necəsən? - FOTO
Hardasan, necəsən?

Hardasan, necəsən, necədir halın,
Yağırmı başına soyuq yağışlar?
Bəıkə də səhv etdim öz düşüncəmdə,
Halını soruşdum, məni bağışla.

Axı çəkməmisən dünyanın yükün,
Təkcə öz- özünü düşünmüsən sən.
Çəkilən acını, sıxıntıları,
Ah, hardan biləsən, necə biləsən.

Hərdən yollarına güllər ələndi,
Hər atılan gülün qoxusu olmaz.
Bezib gecələr də dərdin əlindən,
Gecələr də yatmır, yuxusu gəlməz

Hər kəs öz səmtinə çəkdi yolunu,
Süni sevinclərin girdi qoluna.
Haqqı itirdilər gözün önündə,
Bir kərə gəlmədin haqqın yoluna.

Sən özün- özünü gördün zirvədə,
Özümə heç təpə deməmişəm mən.
Duz- çörək nemətdir halal süfrəmə,
Əsla haram tikə yeməmişəm mən.

Dənizin ləpəsi döyür sahilə,
Ayaq izlərinə dəyir küləklər.
Bu qədər ağlama gecələrində,
Səni seyr eləyir göydən mələklər.

Gözündə mənaya sığmaz bu aləm,
Bu geniş dünyaya nöqtə olma gəl.
Ötən günlərini xatırladıqca,
Gələn günlərinə kölgə ilma gəl.

Bilirəm ürəyin düşüb kəməndə,
Yenə de, necəsən, necədir halın.
Sən adlı sual var hələ sinəmdə,
Könlümün yarası, başı bəlalım.

Arzu Yaqub qızı: Hardasan, necəsən? - FOTO

Son xəbərlər

Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb

Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan neftinin qiyməti 133 dolları keçib

Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq

Şöbə rəhbəri UEFA-dan təyinat aldı

Rus turist Qəbələdə yaralandı - SƏBƏB (FOTO)

“Əzizim, bunu bu gün həll et” - ABŞ səfirinin 100 minlik borc qalmaqalı - Fotolar

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

“Kızılcık şerbeti”ndən ayrıldılar

Kiyevi tərk etməyə çağırdı

PÜSTƏ RƏVAN : SEVİM Kİ, SEVİLİM - FOTO

Bu dəfə Mayamidə görüşəcəklər

Araz Ağalarovun gənc xanımı özünə butik açdı

Mayisə Əsədulla qızı : KƏNDDƏ AY İŞIĞINDA - FOTO

İlham Əliyev Putinlə Türkmənistanda ayaqüstü söhbət etdi

Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?

Elvin Mahmudzadə və Samir Məmmədov həbs edildilər

Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 6 il ötür

Murad dünya üçüncüsü oldu

Onurğa probleminin ilkin siqnalları: Valideynlər nəyə diqqət etməlidir?

Sahibə Qafarova Tanzaniyada koordinasiya iclasına sədrlik etdi - FOTOLAR

ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək - Tramp

Atilla Taşın qızı 14-cü mərtəbədən yıxılıb öldü

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Həmişə belə görün, olduğun kimi qal...

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031