
Xəbərlər
4.08.2024, 23:52
Arzu Yaqub qızı.: Kaş hekayə olaydım - FOTO
Kaş hekayə olaydım
Kaş hekayə olaydım,
Gözünün qarasında.
Adım qaysaq bağlayıb,
Sözünün yarasında.
Pərişan tellərini
Oxşayaydı küləklər.
Gecələr seyr edərdi,
Bizi göydən mələklər.
Baxışların küsərdi,
Şıltaq uşaq olardı.
Bax onda qayğılarım,
Ömrə qınaq olardı.
Hər çiçəyin , hər gülün,
Ətrin alardım səndən.
Sən ki lap yanımdasan,
Niyə baxıram gendən.
Kaş hekayə olaydım,
Oxuyardın kitabdan.
Bu gün də belə ötür,
Asılmışam sabahdan.
Sən ömrümün işığı,
Sevinci, dəcəlliyi.
Bu hekayə ömrümün
Ecazkar gözəlliyi.
Bu küskün həyatımda,
Açıılmamış səhifəsən.
Yazılmayan bəstəsən,
Oxunmamış kəlməsən.
Kaş hekayə olaydım,
Arzuları düzənim.
Özü hekayə olub,
Ürəyimdə gəzənim
Gözünün qarasında.
Adım qaysaq bağlayıb,
Sözünün yarasında.
Pərişan tellərini
Oxşayaydı küləklər.
Gecələr seyr edərdi,
Bizi göydən mələklər.
Baxışların küsərdi,
Şıltaq uşaq olardı.
Bax onda qayğılarım,
Ömrə qınaq olardı.
Hər çiçəyin , hər gülün,
Ətrin alardım səndən.
Sən ki lap yanımdasan,
Niyə baxıram gendən.
Kaş hekayə olaydım,
Oxuyardın kitabdan.
Bu gün də belə ötür,
Asılmışam sabahdan.
Sən ömrümün işığı,
Sevinci, dəcəlliyi.
Bu hekayə ömrümün
Ecazkar gözəlliyi.
Bu küskün həyatımda,
Açıılmamış səhifəsən.
Yazılmayan bəstəsən,
Oxunmamış kəlməsən.
Kaş hekayə olaydım,
Arzuları düzənim.
Özü hekayə olub,
Ürəyimdə gəzənim
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay