Azərbaycanda federasiya vitse-prezidentinin istefası ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Birinci vitse-prezidenti Tofiq Heydərov istefa verib.

Bu barədə federasiyanın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Oxu.Az-a açıqlama verib.

O, öncə Hesabat-Seçki Konfransının niyə keçirilməməsinə aydınlıq gətirməyə çalışıb. K.Məstəliyev martda Türkiyənin İstanbul şəhərində keçiriləcək Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Hesabat-Seçki Konfransına köhnə tərkiblə yollanacaqlarını bildirib:

“Nizamnaməyə uyğun olaraq, Olimpiya tsikli başa çatandan sonra Hesabat-Seçki Konfransının keçirilməsi labüddür. Ancaq tsikl hələ bitməyib. Həmçinin, heç də bütün ölkələrdə seçki konfransı keçirilməyib. Belələri çoxdur. Ən yaxın misal, qonşu Türkiyədir. Onlar da öz Hesabat-Seçki Konfranslarını bu il keçiriləcək Tokio 2020 Yay Olimpiya Oyunlarından sonra təşkil etməyi qərara alıblar. Gecikməyin səbəbi isə çox sadədir: pandemiya.

Dünyada tüğyan edən koronavirus pandemiyası şəraitində müxtəlif ölkələrdə fərqli izolyasiya qərarları qəbul edilir və kütləvi toplaşma məsələlərində çətinliklər var. Bu baxımdan ölkəmizdəki vəziyyət də konfransın tam formada təşkilinə imkan vermir. Çünki bu mərasimin özünün xüsusi prosedur qaydaları var və onların yerinə yetirilməsi lazımdır. Üstəlik, Hesabat-Seçki Konfransı adətən Olimpiya Oyunlarından sonra keçirilir. Yarış isə hələ baş tutmayıb. Hesabat-Seçki Konfransının Tokio 2020 Yay Olimpiya Oyunlrından sonra keçirilməsi nəzərdə tutulub”.

K.Məstəliyev qurumun vitse-prezidentinin istefası haqda da danışıb:

“Tofiq Heydərov isə uzun müddətdir ki, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti deyil. O, 2020-ci ilin yanvar ayından etibarən postundan ayrılıb”.

Qeyd edək ki, 1998-ci ildən Cahangir Əsgərov AAAF-ın prezidentidir. Hazırda federasiyanın saytında da vitse-prezident kimi yalnız Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov göstərilib. Tofiq Heydərov 2017-ci ildə birinci vitse-prezident təyin olunub.

Son xəbərlər

AB İsrail və Livanı atəşkəsə riayət etməyə çağırıb

Ay bərəkallah, nə gözəl canlarıq! - FOTO

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Britaniyanın ən böyük hərbi gəmisi sıradan çıxdı

Bədəninizin "xoşbəxtlik kodu" var - Bunu bilirdiniz?

VÜSALƏ İSMAYILOVA : Öz adımı alçaltmadım gördüyüm hər kimsəyə - FOTO

Dünyada baş verənlər FOTOLARDA

Azərbaycanda rekord yağıntı və güclü küləklər qeydə alındı

Gülnarə Məhəmmədqızı : İnsanları Tanıdıqca - FOTO

Səadət Qərib : GÜL QADINLAR - FOTO

Uğurlara gedən yol - FOTO

Bir ilə 510 milyon qazandı - Rekord qırdı

"Kosmetik prosedurlardan qorxuram" - Nebahat Çehre

Qızlarımız DÇ-nin yarımfinalında!

Eşq iddialarını özü təsdiqlədi

“Hürrem” və “Süleyman” illər sonra bir arada - Fotolar

İnsanlar dünyaya niyə gəliblər?- Numeroloqlar 9 həyat yolunu aşkarladılar

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

Azərbaycan Ordusunun iki hərbçisi Kəlbəcərdə dərəyə düşüb, biri həlak olub

Bakıda ABŞ məzunları sərgisi təşkil edilib - FOTO

Ötən ay Bakıda temperatur 22 gün normadan yuxarı olub

Paşinyan jurnalist kimi işlədiyi dövrdə ABŞ-dən yardım alıb

Apreldə çiyələk ixracı 5 dəfə artıb

Əzizə Ağahüseynqızı : Bu dərdli torpağin daşına dönüm - FOTO

Binədə mağaza yanıb

Dünyada 10 milyona yaxın insan həyatını itirə bilər

ABŞ onlara viza vermədi

Ermənistanda 7 iyun seçkiləri - Qərblə Rusiyanın gizli mübarizəsi - ŞƏRH

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930