Hamımızın tanıdığımız, bir sifəti, bir əqidəsi, bir amalı olan nəcib insan - Cəmil Dadaşov!
Sözün gücü ilə açılan iç dünyası

İllər necə gəldi, necə keçdi, bilmədik. 58 illik ömrünün hamısıdı, yarısıdı, onu da bilmirik. Bildiyimiz budur ki, ürəyimizdən keçənlərin heç yüzdə birini görmədik, duymadıq. Özündən çox başqalarını düşünüb, günlərini, aylarını onlar üçün xərcləyib. Valideynləri kimi xetirxah olub, ləyaqətini qoruyub bu 58 ildə. Dediyi, düşündüyü elə söz olub. Təsəllisi də elə budur: ondan sonra bu dünyada izi qalmasa da, sözü qalacaq.

...Bir ömürdü, Allah verib yaşayırıq. Ağrısı var, acısı var, enişi var, yoxuşu var, gedişi var, gəlişi var. Belə bir ömür əlbəttə ki, tamamilə fərqlənir. Cəmil müəllim də gəlimli-gedimli, ağrılı-acılı dünyanın enişli-yoxuşlu yollarında cəsarətli addımlar atıb, Allahın verdiyi ömrü şərəflə, ləyaqətlə yaşayıb. Uşaqlıqdan zəhmətə qatlaşan C.Dadaşov bütün kin-küdurətdən, pisliklərdən, paxıllıqlardan uzaq olub, daim qurub-yaratmağı, hətta ona pislik edənlərə belə xeyirxahlıq etməyi özünün amalına çevirib.

18 il əvvəl təsis etdiyi “Ədalət və Həqiqət” qəzeti ilə media ailəsinə daxil oldu və zamanın nəbzini tuta bildi. C.Dadaşov bu illər ərzində ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və münaqışə nəticəsində yaranmış qaçqın və məcburi köçkün probleminin işıqlandırılması, beynəlxalq aləmə çatdırılması yolunda bütün bacarıq və imkanlarından istifadə edib. Bu gün açıq etiraf edilməlidir ki, onun rəhbərlik etdiyi qəzet xüsusilə imkansız, köməyə ehtiyacı olan insanların həyatının salnaməsini yaradıb və yaşadıb. Sabahkı nəsil bütöv bir xalqın ən ağır qaçqınlıq, köçkünlük taleyini daha hərtərəfli şəkildə bu qəzetin səhifələrindən öyrənəcək. Ümumiyyətlə, 20 ildən çox çalışdığı jurnalistika sahəsinə ürəkdən bağlanan, onun problemlərindən narahatlıq keçirən, uğurlarından sevinən peşəkar jurnalist kimi, hər bir mövzuya, hər bir hadisəyə obyektiv yanaşmağı, hər şeydən əvvəl, mənəviyyatı uca tutmağı, hər yerdə, hər sahədə səmimiyyətə söykənməyi özünün həyat amalı sayıb və bu gün də saymaqdadır.

Cəmil Zəbhullaoğlu haqqında yazını qələmə almazdan əvvəl əlimizin altındakı xammala bir daha göz yetirdik. Onun tərcümeyi-hal qeydlərinə baxdıq. Gördük ki, bu, adi tərcümeyi-hal deyil. Nə qədər səmimi, ürəkdən gələn duyğular ifadə olunub bu qeydlərdə. Nədir yaşamağın mənası, klassik cavabı var. Özündən sonra iz qoya bilmək. Onsuz da həyatda izlər itmir. Həyat yolunda bir rəng qalır. Cəmil Dadaşovun keçdiyi yollardakı rənglər həmişə cəlbedicidir. Onunla həmişə söhbətlərimiz, dialoqlarımız səmimi olur. Onun haqqında yazılanları oxuyarkan həmkarları, qələm sahibləri, ictimaiyyət arasında hörmət və nüfuzu olan bir ziyalı obrazı xəyalən həmdəm oldu.

Cəmil müəllimin daxili dünyasını sözün gücü ilə açmağa çox əziyyət şəkmədik. Çünki onun söhbəti şəffaf bir ayna kimi doğru-dürüst göstərirdi. Bizim məqsəd də əslində elə bu aynada görünənləri yazmaqdır.

Yazmaq insan həyatının mənasıdır. Cəmil Zəbhullaoğlunun da jurnalist, eləcə də şair kimi çalışdığı dövrlərdə yazılarını və şeirlərini, xüsusən də satirik mövzulu qələm nümunələrini oxuyarkən Vətənin ağrılarını, dərdlərini görmüşük, duymuşuq. Cəmil müəllim bu gün özünü çox varlı və zəngin sana bilər. Çünki həmin obyektlərdən, görüşdüyü insanlardan ona bir damla işıq düşübsə, onu özü üçün bəs hesab edib. Bizin bu yazıda isə xalqına xidməti özünün əsas mənəvi borcu bilən bir ziyalının – jurnalistin ömür yolu açıqlanır. Bu yol xatirələr işığından görünür. Xatirələr Cəmil müəllimin özü qədər səmimidir, təmizdir. Sevinirik ki, jurnalistikanı inkişaf etdirən qələm sahibləri arasında hamımızın sevdiyimiz, hörmət etdiyimiz Cəmil Dadaşov da (Onun bir çox ödülü var, amma onu sadəcə Cəmil müəllim kimi təqdim etmək isatədik. Çünki həmin ödüllər müvəqqətidir, amma Cəmil müəllim isə bizimlədir həmişə. )var. O, mənən zəngin, təbiətcə kövrək, həlim, işgüzar insandır. Ömrünü elə yaşayıb ki, kənardan ona heyranlıqla baxıblar həmişə.

“Ədalət və Həqiqət” qəzeti adi insanların söz tribunasıdır. Bu qəzet ziyalıların, sənət adamlarının, müxtəlif sahələrdə “külüng vuranlar”ın qəzetidir. Qəzetin redaksiyasının qapıları özünü bu qəzetə yaxın cayan hər kəsin üzünə daim açıqdır. Nə vaxt redaksiyaya baş vursam, Cəmil müəllimin otağı tanınmış simalarla dolu olduğunu görürəm. Onlar Cəmil müəllimi yaxından tanıdıqları, özlərinə məhrəm bildikləri üçün ürəklərinin sirrlərini də məhz onunla bölüşürlər. Bir sözlə, imkansız, əli hər yerdən üzülüb Cəmil müəllimə pənah aparan insanların imdad, iman yeridir bu qəzetin redaksiyası. Bu zavallı, məsum insanların dərd-səri ilə addımlayıb Cəmil müəllim. Allahdan ona verilmiş təbii qabiliyyət, istedad və hədsiz zəhmətsevərlik, bacarıq ona dəstək olub, yol yoldaşına çevrilib.

... Ziyalı ömrü günəşə bənzəyir. Günəş kainatın başının üstündə yanır, işığını və istisini kainata paylamaqdan yorulmur. Ziyalı ömrü də belədir. Cəmil Dadaşov da ömrünü həsr etdiyi jurnalistikada sözünü hələ ki deməkdədir. Yazıb-yaradır, yaşadır...

Hamımızın tanıdığımız, bir sifəti, bir əqidəsi, bir amalı olan nəcib insan - Cəmil Dadaşov!

Daşdəmir ƏJDƏROĞLU

Hamımızın tanıdığımız, bir sifəti, bir əqidəsi, bir amalı olan nəcib insan - Cəmil Dadaşov!

Son xəbərlər

40 yaşlı Noyer dünya çempionatlarında ən çox oyun keçirən qapıçı titutuluna yiyələnib

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə yola düşüb

"Hudutsuz sevda"nın "bacı-qardaşı" nişanlandı - FOTOLAR

Türkiyədə tur avtobusu aşdı - Ölən və xəsarət alanlar var

HƏSƏNXAN ƏSƏDOV : Xatırlasan özün gəl - FOTO

Tramp: Atəşkəs dövründəki60 gün ərzində Hörmüz boğazında ödəniş olmayacaq

CÜMŞÜD AYDƏMİR : Dünyanı qoruyaq - FOTO

Melonidən Trampa yeni mesaj: Sizə öz populyarlığınıza diqqət yetirməyi məsləhət görürəm

Tramp İtaliyanın Baş naziri Meloni ilə dostluq etməyəcəyini bildirib

ADPU-nun müəllimi vəfat etdi

ABŞ-da naməlum şəxslər avtomobildən bir qrup insana atəş açıb, yaralananlar var

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Məlahət Behbudqızı : Sənli xəyallarla yaşayır qəlbim - FOTO

Ağstafaya dolu düşdü

"Azəriqaz"da yeni struktur yaradıldı

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4057 nəfərə çatıb

İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib

Bazar gününün - Havası

İldırım Əlişoğlu : İçimin sənsizlik alovu sönmür - FOTO

Bu aktrisa "Taşacak bu deniz"dən gedir - FOTO

Dua Lipa toyundan fotolar paylaşdı

Neslihanın yeni layihəsi bəlli oldu

Keçmiş deputat Paşinyanı məhkəməyə verdi

Ceyhun Bayramovla Bəxtiyor Səidov Bakı və Daşkəndin strateji tərəfdaşlığını müzakirə ediblər

UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib

Bazar günü Bakıda 32 dərəcə isti olacaq

"Bizim Maqsud müəllim" tamaşası nümayiş etdirilib

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930