ZƏHMƏTİ İLƏ UCALAN INSAN
Əmək insanı ucaldır. Əsrlərin sınağından çıxmış, cilalanaraq müasir zəmanəmizə gəlib çatmış bu kimi ifadələr əməyin insan həyatında böyük rol oynadığını təsdiqləyir. Əmək insanı təkmilləşdirmiş, onu ali varlığa çevirmişdir. Zəhmət bütövlükdə insan cəmiyyətini dəyişdiyi kimi, hər bir fərdin həyatında da mühüm rol oynayır.

Əməyə xor baxanlar həmişə başqalarına möhtac qalırlar. Əksinə, kim ki zəhmət çəkir, tər tökür, o, el-oba içində hörmət-izzət qazanır. Biz zəhmətə qatlaşıb seçdiyi sənətin bütün sirlərinə yiyələnən çoxlu əmək qəhrəmanları tanıyırıq. Onlar fədakar əməkləri sayəsində böyük nailiyyətlər qazanaraq xalqımızın iftixar rəmzinə çevrilmişlər. Belə əmək qəhrəmanlarından biri haqqında söhbət açmaq istəyirəm.

Gəlin ilk olaraq haqqında söhbət açacağımız şəxsi tanıyaq.

İlham Firudin oğlu Əsgərov 1967-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qarabağlar kəndində fəhlə ailəsində anadan olub. Atası Firudin Dadaş oğlu Əsgərov sürücü, anası Məstan Dadaş qızı Əsgərova evdar xanımdır.

 ZƏHMƏTİ İLƏ UCALAN INSAN

İlham Əsgərov 1974-cü ildə I sinfə gedib, 1984-cü ildə orta məktəbi bitirib. Elə bu ildə də Bakı Yeyinti Sənaye Texnikumunun qiyabi şöbəsini qurtarıb. Bununla yanaşı olaraq 1984-cü ildə Şərur rayonu MSD-də fəhlə işləyib. 1985-1987-ci illərdə keçmiş SSRİ-nin paytaxtı Moskava şəhərində hərbi xidmətdə olub. Əsgərlik illərindən sonra, 1988-ci ildə Naxçıvan yeyinti məhsulları kombinatında, 1992-1995-ci illərdə Qarabağ İstehlak Cəmiyyətində işləyib.

Öz həyatını qurmağa səy göstərən İ.Əsgərov 1995-1998-ci illərdə polis orqanlarında çalışmağa başlayıb. 1998-2012-ci illərdə Türkiyədə yaşamış İlham xeyirli işlərlə məşğul olub, Azərbaycanın adına şərəf gətirib. Böyüdüyü ailənin, nəslin, el-obanın adını uca tutan İ.Əsgərov Azərbaycanın ləyaqətli, dəyanətli övladı olduğunu öz əməlləri ilə bir daha təsdiq edib.

Qürbətdə yaşayan İlham bir müddət sonra eli, obası üçün darıxıb və Vətənə dönüb. Hazırda Bakı şəhərində yaşayır, özəl sahədə - “Gürcü mətbəxi” iaşə ocağında çalışır, ailəsinə çörək pulu qazanır.

Ailəlidir, Kənan və Sənan adlı 2 oğlu, Leyla adlı bir qızı var.

El arasında çox xeyirxah, nəcib insan xarakteri təsiri bağışlayan İlham Əsgərovun çalışdığı iş yerində kollektivin üzvlərinə münasibəti, onların maddi gəlirlərinin daima yüksəlməsinə və sosial problemlərinin həllinə yönəldilmiş səyləri bir çoxu üçün əsl örnək ola bilər. Lakin bunlar haqqında ucadan danışmağı, etdiyi yaxşılıqları aləmə bəyan etməyi İ.Əsgərov qətiyyən xoşlamır. Onun savab işlərini görən, yaxşılıqlarından faydalanan insanların heysiyyatının hər hansı sıxıntıya məruz qalmasını istəməyən «sağ əlin verdiyini sol əl bilməz» kəlamında ehtiva olunan prinsipinə daim riayət edir.
Hər gün yaxşı adam kimi günə başlamaq və yaxşı adam kimi günü başa vurmaq gündəlik vəzifəmiz olmalıdır. Yaxşı adam olmaq dağ başında, tufan qarşısında əlində top saxlamaq kimidir. Bir an unutdunsa, bir an boş buraxdınsa, əlindən düşəcək və sənin əvvəlki vəziyyətinə qayıtmağın üçün nə qədər vaxt, nə qədər güc lazım gələcək. Bəli, həyat dediyimiz şey budur.

 ZƏHMƏTİ İLƏ UCALAN INSAN

Bəzi filosoflar deyirlər ki, yaxşılıq etməkdən yorulmamaq, qarşılaşdığı pislikləri unutmaq üçün insan hər gününü bir ömür kimi yaşamalıdır. Kim nə deyir-desin, bu dünyada ən çətin iş yaxşı adam olmaqdır. Yaxşılıq ya irsən keçir, ya da tərbiyə ilə əldə olunur: bu başqa, həm də çox geniş bir söhbətin mövzusudur. Ancaq biz belə hesab edirik ki, hər ikisinin rolu var, üstəlik də, bir insan yaxşı adam olmağı qarşısına məqsəd qoysa, istəyinə nail ola bilər. İstəsəniz, bunu özünüz də yoxlaya bilərsiniz. Səhər oyananda özünüzə söz verin ki, o gün yalan danışmayacaqsınız, ya da nə olur-olsun əsəbləşməyəcəksiniz. Siz bu qərarınıza əməl etdikcə, əslində özünüzü çox böyük bir tərbiyə prosesindən keçirmiş olursunuz. Sizin iradəniz güclənir, nəfsinizin istəklərindən imtina etməyi vərdişə çevirirsiniz, mənən yüksəlirsiniz. Nə vaxtsa yaşadığınız bir hadisəni gözünüzün qarşısına gətirin: biri sizə qarşı haqsız ittihamlar irəli sürür, ağzına gələni deyir, bəlkə, təhqir də edir. Ancaq siz haqlısınız və haqlı olduğunuz halda ona eyni tərzdə cavab vermirsiniz, dilinizə pis söz gətirmirsiniz, sadəcə olaraq, onun həqiqəti bilmədiyini, sizin bu məsələdə hər hansı bir təqsirinizin olmadığını deyirsiniz. Unutmayın, əsas məsələ bu cür kritik vəziyyətlərdə özünü ələ ala bilməkdir. Yüz faiz əmin ola bilərsiniz ki, həmin adamın, az da olsa, vicdanı varsa, gec-tez öz əməlindən peşman olacaq və bəlkə də gəlib üzr istəyəcəkdir. Ancaq siz o vaxt onun ittihamlarına eyni tərzdə, eyni ifadələrlə cavab versəniz, o anda rahat olsanız belə, vaxt keçdikcə onunla "baş-başa gəldiyiniz", ağır sözlər dediyiniz üçün vicdan əzabı çəkəcəksiniz...
Halal zəhmətə, haqqa tapınmaqla özünü bir daha təsdiq etməyə çalışır İlham qardaşımız da. Bəlkə də onun uğurlarından narahat olan gözügötürməzlər ola bilsin ki, var. Bəlkə də onlar hansı yolla olursa-olsun bu nüfuza kölgə salmağa çalışırlar. Çünki özləri zəhməti sevmirlər. Atalar belələri haqda deyiblər ki, “kar könlündəkin anlayar”.

Amma ağ qara götürmür, - deyirlər. İlham Əsgərovun tərcümeyi-halı da savab əməlləri kimi şəffafdır, ictimaiyyətə açıqdır. O, həmişə fəaliyyətində hesabatlılığı təmin edib.

Çox gözəl bir söz var: hirslə qalxan peşmanlıqla oturar. Ona görə də ən azı bu iki məsələni gündəlik həyatına tətbiq edən insan artıq özünütərbiyə prosesinin çox mühüm bir mərhələsini keçmiş olur. Bəzi filosoflar deyirlər ki, yaxşılıq etməkdən yorulmamaq, qarşılaşdığı pislikləri unutmaq üçün insan hər gününü bir ömür kimi yaşamalıdır. Buna görə də hər səhər yenidən doğulurmuş kimi yatağından qalxmalı, hər axşam məzara girirmiş kimi yerinə girməlidir. Biz məsələni bu qədər fəlsəfi bir müstəviyə daşımaq istəməsək də, onu vurğulamaq istəyirik ki, tərbiyə insan həyatında həlledici amildir, xüsusilə də özünütərbiyə. Üstəlik, bu da bir həqiqətdir ki, özünü tərbiyə edə bilən insan başqalarını daha asan tərbiyə edə bilər...
Bu mənada İlham Əsgərov həqiqətən bir çoxuna nümunədir.

Hər gün yaxşı adam kimi günə başlamaq və yaxşı adam kimi günü başa vurmaq onun gündəlik vəzifəsidir. Onun fikrincə, yaxşı adam olmaq dağ başında, tufan qarşısında əlində top saxlamaq kimidir. Bir an unutdunsa, bir an boş buraxdınsa, əlindən düşəcək və sənin əvvəlki vəziyyətinə qayıtmağın üçün nə qədər vaxt, nə qədər güc lazım gələcək. Bəli, həyat dediyimiz şey budur. Heç kəs büdrəməkdən, yıxılmaqdan sığortalanmayıb. Ona görə də bu dünya son ana qədər mübarizədir. İstəsək də, istəməsək də...

Düşünürük ki, sədaqətli dost, nəcib insan, qabiliyyətli iş adamı, nəhayət, gözəl valideyn, ailə başçısı İlham kimi xeyirxah, zəhmətkeş, haqqsevər insanlardan nümunə, ibrət götürməliyik. Arzu edək ki, İlham Əsgərovun ömrü uzun, canı sağ olsun. Onun hələ ki, hər bir vətəndaşa xeyir vermək, həmyaşıdlarına, soydaşlarına töhfə verməyə daha çox haqqı var. İnanırıq ki, bundan sonra da sadaladığımız missiyaların öhdəsindən şərəflə, bacarıqla gələcək.

Və sonda. İnsan olmaq çətindir. İnsan olmağın haqqını vermək çətindir. Rəbbim bizi yol qırağında bir daş da yarada bilərdi, dənizdə üzən bir balıq da, səhradakı sayısız qum dənələrindən biri də ola bilərdik, çəmənlikdəki otların arasından bir ot da. Lakin Allah (C.C) bizə bir dəyər verib. Bizi məhz dünyanın əşrəfi olaraq insan kimi yaradıb. Və bizə bu nemətin fərqində ola bilmək üçün dərrakə bəxş edib, müxtəlif duyğular verib hiss etməyimiz, şükür etməyimiz üçün.

Cəmil ZƏBHULLAOĞLU,
Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Bakıda və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

Azərbaycanlı müəllifin pyesi əsasında hazırlanmış tamaşa Ümumrusiya müsabiqəsinin qalibi olub

Şəhid adı arxasında gözlənilən idarəçilik böhranı -Şərafəddin İLKİN yazdı

"Meloni yaxın günlərdə Bakıya gələcək"

Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Fotolar

Heydər Əliyevlə xanımının yeni - Fotoları

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

İstirahət günü hava necə olacaq?

Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı

"Hər kəs çətin şəraitdə yaşayarkən, lüks həyatımı göstərmirəm" - Sabancı

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar

62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar

“Mən kral nəslindənəm”

O serialla bağlı qərar verildi

Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək?

Saxta dərmanlar dövrü başa çatır? - Yeni nəzarət sistemi işə düşür

VAQİF VÜQAR : Oxu məni gələcəyin üzündə... - FOTO

AZAL Təl-Əvivə uçuşları bərpa edir

DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb

MM Komissiyası: Ermənipərəst dairələr Ermənistanla Azərbaycan arasındakı kövrək sülh prosesinə zərbə vurmağa çalışır

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olublar

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

Balakəndə ağır qəza nəticəsində 1 nəfər ölüb

CNN: İranın zərbələri Yaxın Şərqdəki 16 ABŞ hərbi obyektinə zərər vurub

“Halef”dən gedir - FOTO

"Kayıp zaman" daha bir sima - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031