BİZİM TƏQVİM:28 yanvar tarixində baş vermiş mühüm hadisələr


1828-ci ilin bu günündə Çar Rusiyası Qacarlarla müharibənin (1826-1828) gedişində Cənubi Azərbaycanın Urmiya şəhərini işğal edib. Bunun ardınca general İvan Paskeviçin başçılıq etdiyi rus qoşunları Ərdəbili də ələ keçiriblər. Fevralın 10-da İran Rusiya ilə təslimçi Türkmənçay sülh müqaviləsini imzalamağa məcbur olub.

Bəs, yanvarın 28-də dünyada daha hansı hadisələr baş verib?

1. 28 yanvar 1887-ci ildə Eyfel qülləsinin tikintisinə başlanıb.

2. 1920-ci ilin 28 yanvar tarixindә Misakı Milli Osmanlı Dövlәtinin Mebusan Mәclisi tәrәfindәn qәbul edilib. Әrzurum vә Sivas konqreslәrindә әsas xәtlәri müәyyәn edilәn vә altı müddәadan ibarәt olan Misakı Milli Osmanlı Dövlәtinin parçalanmasının qarşısını almaq üçün bir addımdı. Misakı Millinin elan edilmәsindәn sonra müttәfiqlәr bәzi millәt vәkillәrini Maltaya sürgün etdi vә istanbulu işğal etdi.

3. 28 yanvar 1923-cü ildə “İnqilab və mədəniyyət” jurnalının ilk nömrəsi Tağı Şahbazi Simurqun baş redaktorluğu ilə çapdan çıxıb. 1953-cü ildə “Azərbaycan” adlandırılan jurnal o vaxtadək müxtəlif adlarla nəşr olunub. Jurnala müxtəlif dövrlərdə Cəlil Məmmədquluzadə, Ruhulla Axundov, Mirzə İbrahimov, Məmməd Arif, Mehdi Hüseyn, Əli Vəliyev, İsmayıl Şıxlı, Cabir Novruz, Yusif Səmədoğlu və digər görkəmli ədəbiyyat xadimləri baş redaktorluq edib. Prezidentin Fərmanı ilə jurnal 1997-ci ildən dövlət büdcəsinin vəsaiti hesabına çap olunur.

4. 1958-ci ilin bu günündə Kiprdə ingilislərin türk nümayişçilərə atəş açması və əsgərin yük avtomobilini insanların üstünə sürməsi nəticəsində 8 nəfər həlak oldu.

5. 28 yanvar 1965-ci ildə Kanada bayrağının dizaynı parlament aktı ilə qəbul edildi.

6. 28 yanvar 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkan ASALA tərəfindən qətlə yetirildi.

7. 28 yanvar 1986-cı ildə Göyərtəsində 7 astronavt olan "Challenger" kosmik gəmisinin startdan 73 saniyə sonra 14 km yüksəklikdə partlaması nəticəsində bütün heyət üzvləri həlak oldu.

8. 28 yanvar 1992-ci ildə "Ağdam-Şuşa" marşrutu ilə uçan "Mİ-8" mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vuruldu, çoxu qadın və uşaq olan 44 sərnişin və ekipaj həlak oldu.

9. 28 yanvar 2002-ci ildə Ekvadorun TAME hava yolu şirkətinə aid Boeing 727-100 təyyarəsinin And dağlarına çırpılması nəticəsində 92 nəfər həlak oldu.

10. 2007-ci ilin 28 yanvar tarixindә İraqın Nәcәf şәhәrinә daxil olmaq istәyәn Amerika qüvvәlәri ilә şiә qruplaşmalar arasında qarşıdurma olub. Hadisә nәticәsindә tәxminәn 300 nәfәr hәlak olub.

28 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 28 yanvar 1848-ci ildə şair, ədəbiyyatşünas, tarixçi, pedaqoq, teatr xadimi Həsənəli xan Qaradaği (1848 - 2.12.1929) Şuşada anadan olub. Rus şairi İvan Krılovun təmsillərinin dilimizə ilk tərcüməçisi olub. Qori Müəllimlər Seminariyasının müəllimi Aleksey Çernyayevski ilə birgə azərbaycanlı şagirdlər üçün “Vətən dili” dərsliyini (1882) hazırlayıb.

2. 28 yanvar 1938-ci ildə kinooperator Zaur Məhərrəmov Bakıda doğulub. “Uşaqlığın son gecəsi”, “Ad günü”, “Gözlə məni” və s. filmlərin operatorudur.

3. 28 yanvar 1925-ci ildə şair, dramaturq Adil Babayev (1925 - 19.8.1977) anadan olub.

4. 28 yanvar 1944-cü ildə aktyor, Xalq artisti Məzahir Süleymanov Zərdab rayonunda anadan olub. 1972-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrında işləyir. “Mənim ağ şəhərim”, “Yük”, “Cavid ömrü” filmlərində çəkilib.

5. 28 yanvar 1980-ci ildə Azərbaycanda teleradio diktorluq məktəbinin banilərindən biri, diktorlar arasında respublikanın ilk Əməkdar artisti Aydın Qaradağlı (20.8.1929 - 1980) vəfat edib.

6. 28 yanvar 1985-ci ildə SSRİ Xalq artisti, rejissor, pedaqoq, sənətşünaslıq doktoru, professor Mehdi Məmmədov (22.5.1918, Şuşa - 1985) vəfat edib. Akademik Milli Dram Teatrında rejissor işləyib. Quruluş verdiyi tamaşalar milli teatr tariximizdə əhəmiyyətli yer tutur. “Onu bağışlamaq olarmı?” filmində (Qaya) çəkilib. (Bizim.Media)

Son xəbərlər

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31