BİZİM TƏQVİM:24 yanvarda baş vermiş tarixi hadisələr

1909-cu ilin 24 yanvarında Katolik kilsəsi 1431-ci ildə yandırılmış Janna Darkı müqəddəs elan edib.

Bəs, 24 yanvarda dünyada daha hansı hadisələr baş verib?

1. 24 yanvar 1922-ci ildə ABŞ-ın Onava şəhərciyindən (Ayova ştatı) olan Kristian Nelson “Eskimo” dondurması üçün patent alıb. O vaxtdan yanvarın 24-ü Beynəlxalq Eskimo Günü kimi qeyd edilir. “Eskimo” sözü fransız mənşəlidir. Fransada eskimosların geyiminə bənzəyən uşaq kombinezonlarını eskimo adlandırırdılar. Buna görə də şokoladdan ibarət “kombinezon” “geyindirilmiş” dondurmaya da “Eskimo” adı verilib.

2. 1924-cü ilin bu günündə Fransanın Şamoni şəhərində I Qış Olimpiya Oyunları başlanıb.

3. 24 yanvar 1924-cü ildə Petroqradın adı dəyişdirilərək Leninqrad adlandırılıb.

4. 24 yanvar 1940-cı ildə Azərbaycan Rus Dram Teatrında Səməd Vurğunun “Vaqif” dramının ilk tamaşası olub.

5. 1965-ci ilin 24 yanvar tarixindә Türkiyә liberal iqtisadiyyata keçmәklә bağlı qәrar qәbul edib.

6. 1978-ci ilin bu günündə SSRİ-nin nüvə reaktorlu raketi “Kosmos 954” okeana düşür. Bu, tarixdə nüvə mühərrikli raketin ilk qəzası idi.

7. 24 yanvar 1984-cü ildə “Apple” şirkəti "siçan"la idarə olunan ilk kompüteri bazara çıxarıb.

8. 1994-cü ilin 24 yanvarında Türkiyənin ilk rabitə peyki "TÜRKSAT 1" orbitə çıxarılandan 12 dəqiqə sonra Atlantik okeanına düşüb.

Bəs, 24 yanvarda kimlər xatırlanır?

1. 1945-ci ilin bu günündə Məşhur Azərbaycan sərkərdəsi, qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov (1910-1945) həlak olub. H.Aslanovun komandanlığı ilə Qırmızı Bayraqlı, II dərəcəli Suvorov ordenli 35-ci Şaulyay qvardiya tank briqadası 1945-ci ilin yanvarında Baltik dənizi sahillərinə çıxıb. Tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov yanvarın 24-də Priyekule yaxınlığında, Liyepaya rayonunda kəşfiyyat zamanı ağır yaralanıb və bir neçə saat sonra vəfat edib. İki Lenin ordeni, üç “Qırmızı Bayraq” ordeni, II dərəcəli Suvorov ordeni, “Aleksandr Nevski” ordeni, I dərəcəli Vətən müharibəsi ordeni, iki “Qızıl Ulduz” ordeni və medallarla təltif edilib. Həzi Aslanov Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

2. 1965-ci ilin 24 yanvar tarixindә II Dünya Müharibәsi әrzindә İngiltәrәdә baş nazir vәzifәsini icra edәn Uinston Çörçill 91 yaşında vәfat edib.

3. Qarmon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (1998). Dağıstan Respublikasının xalq artisti (2008) Avtandil İsrafilov 1941-ci ilin bu günündə anadan olub.

4. Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü (2017), fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Məmmədov 24 yanvar 1950-ci ildə doğulub.(Bizim.Media)

Son xəbərlər

Sabah Hacıqabulun 7 kəndində qaz olmayacaq

Sabah yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək

Müğənni faciəli şəkildə dünyasını dəyişdi

Keti Perrinin Bakıya gəlməyinə belə reaksiya verdi - Foto

Bakıda villalar torpaq qiymətinə satılır - Səbəb

Qurban bayramında ətin qiyməti belə dəyişəcək - Əhaliyə çağırış edildi

Elmira Mahalqızının “Yoxluğunla yaşayıram...” adlı kitabının təqdimatı keçiriləcək

Nazir: Təhsil yalnız bilik vermək deyil, həm də yetişən nəslin dünyagörüşünü formalaşdırmaqdır

Moskvada mobil internet 1 günlük tam söndürüləcək

Sumqayıt stadionunda faciəvi hadisə

Ehtiyata buraxıldıqdan nə qədər sonra - Hərbi toplanışa çağırıla bilərsiniz?

"E-Hüquqşünas" məlumat portalı təqdim edilib

Azərbaycanın yerin müşahidəsi peyklərinin dizaynı tamamlanıb

ICIEC: Azərbaycan investisiya və tərəfdaşlıq üçün perspektivli mühit təqdim edir

Perrinin şəxsi əşyaları hərraca çıxarılacaq

İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da

15 milyon izləyicisi silindi

Prof. RÜFƏT LƏTİF OĞLU HÜSEYNZADƏ - 75 İL - FOTO

Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir

BİZİM TƏQVİM:Mayın 7-də baş vermiş tarixi hadisələr

Bakının bir sıra yollarında tıxac yaranıb

Çempionlar Liqasında ikinci finalçı PSJ olub

Rumıniyada Adolf Hitler adlı şəxsin məzarı tapıldı

Gürcüstanda yanacağın qiyməti bahalaşıb

Rusiya XİN diplomatik missiyalara və beynəlxalq təşkilatlara nota göndərib

"Bavariya" - PSJ qarşılaşmasının yayımçısı dəyişdi

Benzemaya görə klubu tərk edir

Türkiyə ilə danışıqlarda iştirak edən erməni tərcüməçi öldü

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031