BİZİM TƏQVİM:Yanvarın 9-da baş vermiş tarixi hadisələr

9 yanvar 1905-ci ildə çar II Nikolayın göstərişi ilə paytaxt Sankt-Peterburqdakı Qış Sarayının qarşısına toplanan minlərlə fəhlə, uşaq və qadın Romanovlar ordusu tərəfindən gülləyə tutulub.

Rusiya tarixinə "Qanlı bazar" adı ilə düşən hadisədə 139 adam həyatını itirib. Bundan sonra fəhlələr ümumi tətil elan ediblər. 

Bəs, 9 yanvarda daha hansı hadisələr baş verib?   

1. 1768-ci ilin bu günündə Londonda ilk dəfə olaraq Filip Astley müasir sirk təşkil edib.

2. 9 yanvar 1792-ci ildə Türkiyə və Rusiya arasında Yassı sülh sazişi imzalanıb.

3. 1919-cu ilin bu günündə İstanbul. ADR-in xarici işlər naziri Əlimərdan bəy Topçubaşovla görüş zamanı Qacarlar dövlətinin xarici işlər naziri müşaverel məmalik Əliqulu xan “Azərbaycanın problemlərindən çıxış yolu” kimi Qacarlar dövləti ilə birləşməyi məsləhət görüb.

4. 1921-ci ilin bu günündə Yunan Türk müharibəsi çərçivəsində Əskişəhər yaxınlığında Birinci İnönü döyüşü baş verib

5. 9 yanvar 1939-cu ildə Fransium radioaktiv elementi alınıb.

6. 1951-ci ilin bu günündə BMT-nin Nyu-Yorkdakı mənzil qərargahı rəsmi mərasimlə açılıb.

7. 9 yanvar 1960-cı ildə  Sovet İttifaqının texniki dəstəyi ilə Misirdə Asuan bəndinin tikintisinə başlanılıb. Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy burada tərcüməçi kimi çalışıb.

8. Panama kanalı və ətrafının idarəsi ilə bağlı yerli xalq və ABŞ hökuməti arasında yaranan anlaşılmazlıq 1964-cü ilin 9 yanvarında silahlı qarşıdurmaya çevrilib. Hadisələr zamanı 21 panamalı və 3 Amerika əsgəri ölüb.

9. 1992-ci ilin 9 yanvarında Serbiya Respublikası müstəqilliyini elan edib.

10. 9 yanvar 1996-cı ildə Salman Raduyevin başçılıq etdiyi dəstə Dağıstanın Kizlyar şəhərində 3000-dən çox insanı xəstəxanaya toplayaraq girov götürüb.

11.  2005-ci ilin 9 yanvarında Mahmud Abbas Fələstin Muxtariyyətinin başçısı seçilib.

12.  9 yanvar 2007-ci ildə Stiv Cobs San-Fransiskoda iPhone smartfonunu ictimaiyyətə təqdim edib.

9 yanvarda kimlər xatırlanır?

1. 1949-cu ilin bu günündə Xalq artisti İlham Namiq Kamal- Əhmədov anadan olub. Aktyor, teatr rejissoru, "İlham" Miniatür teatrının direktoru və bədii rəhbəri olan İlham Namiq həm də  ADMİU-nun "Musiqili teatr aktyoru" kafedrasının müdiridir. 

2. Azərbaycan Milli Qəhrəmanı Mətləb Quliyev 1959-cu ilin bu günü Beyləqanda dünyaya gəlib.

3. Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi və Azərbaycan Pedoqoji İnstitutunu bitirən M.Quliyev 1992-ci ilin ilin avqustundan Ağdam bölgəsində erməni-rus birləşmələrilə döyüşdə şücaət göstərib və qəhrəmancasına həlak olub. (1959-1992)

4. Türkiyə xalqının Milli Qurtuluş Savaşını "Türkün odla imtahanı", "Alovdan köynək" romanlarında əbədiləşdirən yazıçı Xalidə Edip Adıvar 1964-cü ilin 9 yanvarında 80 yaşında İstanbulda dünyasını dəyişib. O, həyat yoldaşı Adnan Adıvarla birgə Qurtuluş Savaşında iştirak edib, onbaşı, çavuş rütbələrini almış, müharibədki bir çox hadisələrin canlı şahidi olub. (1884 - 1964)   

5. 1991-ci ildə Azərbaycanın Qarabağ torpağının Laçın-Şuşa yolunda “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərova və üç rus hərbçisi erməni silahlıları tərəfindən qətlə yetirildi.

6. 9 yanvar 1992-ci ilin bu günündə Nazim Quliyev şəhid olub. Ölümündən sonra o Azərbaycanın Milli Qəhrəmanı fəxri adını alıb.(Bizim.Media)

Son xəbərlər

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Gökhan Özen onunla evlənir - Fotolar

Köç karvanı Xankəndi şəhərinə çatıb - YENİLƏNİB (FOTO)

Azərbaycanda sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur

Sabah 39 dərəcə isti olacaq

Famil Xəlilovun qardaşı Stokholmda faciəvi şəkildə öldü - Foto

Türkiyə millisi növbəti matçına çıxır

Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Şamaxıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində milli geyimlərin sərgisi və konsert proqramı keçirilib

Pirat və ya kontrafakt mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək

Rusiya Qara dənizdə iki xarici gəmiyə dron zərbəsi endirib: ölən və yaralananlar var

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Həftəsonu 365 nəfər imtahan verəcək

Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb

BƏƏ-də uşaqlara internetdən istifadə bağlı qərarlar qəbul edildi

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya Kubokundan sonra milli ilə vidalaşacaq

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

Turac Hilal : Məndən uzaq dur, adam! - FOTO

Müəllif: Gülnarə Məhəmmədqızı - Yadlaşan Sevgi - FOTO

Tramp İsrail və Livanı tam atəşkəsə çağırdı

Vitinyadan yeni rekord

Hörmüzdən keçən gəmilərdən rüsum alınmayacaq - Bu müddətdə

Sayəndə Vətən şəst ilə dirçəldi, Mübariz - FOTO

Çəkilişlər başlamadan serialdan ayrıldılar

Yeni “iPhone 18 Pro”nun qiyməti belə olacaq

23 məşhurun da narkotest nəticəsi açıqlandı

72 yaşlı Ali Ağaoğlu altıncı dəfə ata olur

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930