BİZİM TƏQVİM: 23 noyabrda baş vermiş tarixi hadisələr

1919-cu ilin bu günündə Azərbaycan və Ermənistan hökumət rəhbərlərinin Tiflisdəki görüşündə bütün ziddiyyətli məsələlərin sülh konfransında həll edilməsi qərara alındı, Azərbaycan ordusu Zəngəzurdan geri çağırıldı. Beləcə Qərbi Zəngəzur ermənilərin nəzarətinə keçdi.

Bəs, noyabrın 23-də daha hansı hadisələr baş verib?

1. 1942-ci ilin 23 noyabr tarixindә ‘‘Kasablanka’’ filmi ilk dәfә nümayiş olunub. Qeyd edәk ki, filmin rejissoru Maykl Kurtsdur.

2. 1946-cı ilin 23 noyabr tarixindә Fransa vә Şimali Vyetnam arasında müharibә başladı. Fransız donanması Şimali Vyetnamın Hai Phonq şәhәrini nәzarәtinә keçirib. Hücum nәticәsindә 6000 mülki vәtәndaş hәlak olub.

3. 23 noyabr 1954-cü ildə ABŞ-ın avtomobil istehsalçısı “General Motors” şirkəti 50 milyonuncu avtomobilini – qızıl suyuna çəkilmiş ikinəfərlik qapalı “Şevrolet” avtomobilini təqdim edib.

4. 1970-ci ilin 23 noyabr tarixindә Türkiyənin Ortaq Bazar üzvlüyü üçün 22 illik keçid dövrünü nəzərdə tutan "Əlavə Protokol" Brüsseldə imzalanıb.

5. 1976-cı ildə Fransalı dalğıc Jak Mayol (1927-2001) dünyada ilk dəfə olaraq, dalğıc avadanlığından istifadə etmədən dənizin 100 metr dərinliyinədək enib.

6. 1980-ci ilin 23 noyabr tarixindә İtaliyanın cənubundakı Avellino və Bazilikat bölgələrində 6.9 bal gücündə zəlzələ baş verdi. Zәlzәlә nәticәsindә Neapol şәhәrindә üç mindәn çox adam hәlak olub, 7 min 700 nәfәr yaralanıb, 250 min nәfәr evsiz qalıb.

7. 1985-ci ilin 23 noyabr tarixindә Afinadan Qahirəyə yollanan vә Misir hava yollarına mәxsus olan sәrnişin tәyyarәsi qaçırılıb. Misir tәhlükәsizlik qüvvәlәrinin hәyata keçirdiyi әmәliyyat nәticәsindә tәyyarә Maltaya eniş edib. Әmәliyyat zamanı tәcavüzkarların da aralarında olduğu 60 nәfәr öldürülüb.

8. 23 noyabr 1992-ci ildə ABŞ-ın Las-Veqas şəhərində keçirilən COMDEX sərgisində dünyada ilk smartfon – “IBM Simon” təqdim olunub.

9. 1996-cı ilin 23 noyabr tarixindә Efiopiya hava yollarına məxsus sərnişin təyyarəsi qaçırılıb. Yanacağı bitәn tәyyarә Hind okeanına düşüb, nәticәdә 123 nəfər hәlak olub.

10. 23 noyabr 2005-ci ildə Liberiya Prezidenti seçilən Elen Conson Sörlif Afrika qitəsində ilk qadın dövlət başçısı kimi tarixə düşüb.

Noyabrın 23-də bu şəxsiyyətlər xatırlanır:

1. 23 noyabr 1923-cü ildə yazıçı, şair Əmrah Əmrahov (1923-1988) anadan olub. "Azərbaycan pioneri" qəzetinin baş redaktoru işləyib. Kitabları: “Ürək vətən üçün döyünəndə”, “Ulduzlar gecə parlar”, “Dağ bənövşəsi” və s.

2. 23 noyabr 1927-ci ildə tarixçi, şərqşünas, professor Əhməd İsgəndərov doğulub. Hazırda Moskvada yaşayır, 1970-80-ci illərdə SSRİ EA-nın Ümumi Tarix İnstitutunda baş elmi işçi, direktor müavini, “Tarix məsələləri” jurnalının baş redaktoru olub. Rusiyanın Əməkdar elm xadimi, Rusiya EA-nın müxbir üzvüdür.

3. 23 noyabr 1936-cü ildə ədəbiyyatşünas, yazıçı-dramaturq, professor Aqşin Babayev anadan olub. Türk ədəbiyyatına dair tədqiqatların, “Həmişə bahar”, “Ağ ulduzlar”, “Ayrılıq”, “Dünyanın axırı” və s. kitabların, tərcümələrin müəllifidir.

4. 23 noyabr 1945-ci ildə Xalq şairi Vahid Əziz anadan olub. Bədii yaradıcılığa 1967-ci ildə başlayıb. Bir çox şeirlərinə populyar mahnılar bəstələnib.

5. 23 noyabr 1948-ci ildə dahi bəstəkar, publisist, pedaqoq, Xalq artisti Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (18.9.1885 - 1948) vəfat edib. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın (“Leyli və Məcnun”, 1908), ilk musiqili komediyanın (“Ər və arvad”, 1910), “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarının, “Əsli və Kərəm”, “Koroğlu” operalarının, Azərbaycanın Dövlət himninin, digər çoxsaylı musiqi əsərlərinin müəllifidir. Konservatoriyanın professoru, Azərbaycan EA-nın akademiki olub.

6. 23 noyabr 1999-cu ildə görkəmli aktrisa, Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Leyla Bədirbəyli (8.1.1920 - 1999) vəfat edib.

1945-ci ildə “Arşın mal alan” filmi ilə (Gülçöhrə) məşhurlaşıb. “Fətəli xan”, “Görüş”, “Onun böyük ürəyi”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Qanlı zəmi” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. (Bizim.Media)

Son xəbərlər

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Ayətxan Ziyad – 75

Moskva səfərini təxirə saldılar

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Təyyarələr Moskvaya enə bilmədi

Şəhidimizin qardaşı dəm qazından dünyasını dəyişdi - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Kredit faizləri ilə bağlı meyar dəyişdi

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Canına qəsd edən musiqiçi öldü

Qəşəm Nəcəfzadə : Bir də görürsən...

Xameneinin müşavirindən xəbərdarlıq - "ABŞ-nin obyektləri hədəf alına bilər"

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi – TƏHLİL

"Xanımıma da, övladlarıma da qadağa qoymamışam" - Araz Ağalarov

QIZBƏS QƏBƏLƏ : DAHA ÇƏKMƏRƏM MƏN TƏBRİZ HƏSRƏTİN - FOTO

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Azərbaycanlı reper ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Fotolar

GƏL-GƏL DEYİR DAĞLAR MƏNƏ - FOTGO

Payızda yarpaqların rəngi niyə dəyişir: Əsl səbəb sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

QIZLARIN QƏLBİNƏ DƏYMƏYİN HEÇ VAXT - FOTO

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr ərazi partiya təşkilatlarında müzakirə olunub.

İncə fikirlər layihəsinin növbəti qonağı uşaq şeirləri və təmsilləri müəllifi, Turan Yazarlar Birliyinin üzvü, şair Seylan Abbas xanımdır.

Şirvan sazının ustad nəfəsi Aşıq Şakir Hacıyev

BİR GÜLMİRƏM, BİR GÜLNARƏM, BİR TURQUT... - FOTO

Süni intellektin maliyyə məsləhətlərinə inanmaq olarmı - nə qədər tez-tez səhv edir?

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031