BİZİM TƏQVİM: 15 mayda baş vermiş tarixi hadisələr

1994-cü ildən 15 may tarixi dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Ailənin cəmiyyətin əsas elementi, kiçik demokratiyanın təməli olduğunu nəzərə alaraq, BMT demokratik ideyaları dəstəkləyən, sülh və demokratik millətlər birliyini qurmağa səy göstərən bütün dünya ailələrini birləşməyə çalışır.

Ümummilli lider Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsi, qadın, ailə problemlərinin həlli istiqamətində də böyük işlər görüb. Bu məqsədlə 1998-ci il yanvarın 14-də Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.

Bəs mayın 15-də dünyada daha hansı hadisələr baş verib?

1. 15 may 1756-cı ildə İngiltərə, Fransa, Rusiya, Avstriya və Prussiya arasında "Yeddi illik müharibə" başladı. İngiltərə və Fransanın xarici koloniyalarında baş verən qarşıdurmalar nəticəsində çıxan “Yeddi illik müharibə” dünya miqyasında ilk böyük müharibə sayılır.

2. Ayətulla Mirzə Şirazinin 1891-ci il 15 may fətvası ilə Cənubi Azərbaycanda tütün inhisarı ləğv edildi.

3. 1919-cu ilin 15 mayından yunanlar Anadoluya hücum etməyə başladılar və İzmirə ordu yürütdülər. Elə həmin gün jurnalist Həsən Təhsin yunan əsgərlərinə ilk atəşi açdı və şəhid oldu.

4. Yunanıstanın İzmirə qoşun göndərməsi Türkiyənin İstiqlal Müharibəsi üçün bir qığılcım rolunu oynadı. Yunan işğalına başda İstanbul olmaqla, ölkənin çox yeri etiraza qalxdı və bu hərəkat milli müqavimət təşkilatlarının yaranmasını təmin etdi.

5. İsrail öz dövlətini bəyan etdikdən bir gün sonra – 1948-ci il mayın 15-də Fələstin torpaqlarında ərəblərlə yəhudilər arasında müharibə başladı. 1949-cu ilin iyul ayınadək davam edən bu müharibə zamanı İsrail BMT-nin onun üçün ayırdığı əraziyə yeni torpaqlar qatdı.

6. Fələstin xalqı 15 mayı "Böyük fəlakət günü" adlandırır.

7. 1988-ci il mayın 15-də sovet qoşunları Əfqanıstandan çıxarılmağa başladı. Hələ Leonid İliç Brejnevin rəhbərliyi dövründə Əfqanıstan hadisələrinə SSRİ-nin müdaxiləsi nəticəsində minlərlə sovet əsgəri, o cümlədən, xeyli azərbaycanlı həlak oldu və yaralandı.

8. 2009-cu ilin bu günündə Bakıda bədii gimnastika üzrə 25-ci Avropa çempionatinin açiliş mərasimi olub. Yarışlarda dünyanın 32 ölkəsindən 186 gimnast iştirak edib.

9. 15 may 2011-ci ildə Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camal dueti 56-cı Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub.

15 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Fransanın tanınmış fiziki Pyer Küri 1859-cu ilin bu günü dünyaya gəıib. Kristallar fizikası, maqnetizm və radioaktivlik alimin əsas tədqiqat sahələri olub.

2. 15 may Azərbaycanın tanınmış dövlət xadimi, publisist və maarifçi Məhəmmədyusif Cəfərzadənin xatirə günüdür. 1938-ci il mayın 15-də Məhəmmədyusif Cəfərzadə repressiya qurbanlarından biri kimi həlak olub. (1885-1938)

3. Azərbaycanın dövlət xadimi Əşrəf Allahverdiyev 1904-cü ilin bu günü dünyaya gəlib.

4. Azərbaycanın tanınmış futbolçusu, idman ustası Tofiq Axundov 1937-ci il mayın 15-də anadan olub.

5. 1806-cı ildən 1822-ci ilə qədər hakimiyyətdə olmuş Qarabağ xanlığının sonuncu xanı Mehdiqulu xan Cavanşir 15 may 1763-cü ildə dünyaya gəlib. O məşhur şairə Xurşudbanu Natavanın atasıdır.

6. 15 may 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Pərviz Səmədov şəhidlik zirvəsinə yüksəlib (Bizim.Media)

Son xəbərlər

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31